“Baku Steel Company”nin məhsullarının keyfiyyəti artıq bütün dünyada tanınır
(®) Polad istehsalında Avropa və Amerikanın keyfiyyət sertifikatları Azərbaycanda yalnız “Baku Steel Company”yə təqdim edilib.
Cənubi Qafqazın ən böyük metallurgiya şirkəti olan və məhsullarının keyfiyyətinə xüsusi önəm verən “Baku Steel Company” MMC-nin uğurları ölkə sərhədlərini aşmaqda davam edir. Burada istehsal olunan məhsulların keyfiyyəti artıq inkişaf etmiş ölkələrdə də qəbul edilir. BSC-nin məhsullarının Almaniya da daxil olmaqla Avropa, həmçinin Amerika standartlarının bütün tələb və şərtlərinə cavab verdiyi rəsmən təsdiqini tapıb və şirkət artıq ISO, EN, DIN, ASTM kimi beynəlxalq standartların sertifikatlarına sahibdir.
Bir neçə gün əvvəl “Baku Steel Company”yə armatur, kvadrat və dairəvi pəstahların istehsalı keyfiyyətini təsdiq edən EN 10080:2005, EN 10025-1:2004 də DIN 17100:1980, bir neçə ay öncə isə ASTM A615/A615M-20, ASTM A706/ A706M-16, həmçinin boruların keyfiyyətinə görə EN 10210-1:2006 və ГОСT 31446-2017 beynəlxalq sertifikatları (https://www.bakusteel.com/az/biz-kimik/sertifikatlar/ ) təqdim olunub.
Qeyd edək ki, BSC bu sertifikatlara sahib yeganə Azərbaycan şirkətidir.
Ötən il isə şirkət keyfiyyəti idarəetmə sisteminə görə nüfuzlu sənəd hesab edilən ISO 9001:2015 sertifikatına layiq görülüb.
“Baku Steel Company”də məhsulların keyfiyyətinə nəzarət etmək üçün 4 laboratoriya - kimyəvi təhlil, spektoral təhlil, mexaniki sınaq və metalloqrafik laboratoriyaları fəaliyyət göstərir və onlar ən müasir avadanlıqlarla təchiz olunub.
Hazırda boru istehsalında keyfiyyətin Amerika Neft İnstitutunun (American Petroleum Institute - API) standartlarına uyğunlaşdırılması üzərində iş gedir. Bu sertifikatın alınması “Baku Steel Company”də istehsal olunan boruların təkcə regionda deyil, dünyanın əksər ölkələrinə ixracına imkan verəcək.
Növbəti aydan şirkətdə yeni istehsal xəttinin - fasiləsiz pəstah tökmə maşınının (FPTM) işə düşməsi məhsul istehsalının artırılmasına və daha yüksək keyfiyyətli, korroziyaya davamlı, müdafiə sənayesində, o cümlədən aviasiyada istifadə edilə bilən poladların, həmçinin neft sektorunda istifadə olunan borular üçün pəstahların da istehsalına imkan verəcək. Bununla yanaşı məhsulların xarici bazarlara çıxışı daha da artacaq. Artıq Rusiya, Ukrayna, Qazaxıstan və bəzi Avropa ölkələrinin şirkətləri burada istehsal olunacaq məhsulları almaqda öncədən maraqlı olduqlarını bildiriblər.
Xatırladaq ki, BSC-nin məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, indiyədək Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkmənistan, İspaniya, İtaliya və s. ölkələrə ixrac olunub.
Qeyd edək ki, BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.
“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür.
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
-
1 saat əvvəl
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
- 10 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Hydrotrans Engineering” gəliri demək olar dəyişmədən mənfəətini 21% artırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Expressbankda yeni təyinat olub
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
Ən çox oxunanlar
Spotify-ın abunəçi sayı 300 milyonu ötüb
SOCAR-ın prezidenti BYD-nin rəhbər şəxsi ilə görüşüb
Brent markalı neftin qiyməti 80 dollardan aşağı düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına üçqat tələb
























