Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Valyuta hərracında satış 100 milyon dollardan yüksək qalmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Valyuta hərracında satış 100 milyon dollardan yüksək qalmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

02 Dekabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Marja xəbər verir ki, hərracda tələb 100,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 30 Noyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 142,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

Həmçinin 16 noyabr 2021-ci il tarixində keçirilmiş növbəti valyuta hərracında tələb 90,1 milyon ABŞ dolları, 18 noyabr 2021-ci il tarixində keçirilmiş hərracda 97,6 milyon ABŞ dolları, 23 noyabrda keçirilmiş hərracda isə 96,5 milyon ABŞ dolları təşkil etmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 89 valyuta hərracında banklara 5 milyard 802,02 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

02.12.2021 12:24
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ