Bakının ən bahalı və ən ucuz rayonları məlum oldu
Bakıda ev qiymətləri arasında böyük fərq – 51 mindən 222 min manatadək. Bakıda mənzil alıcıları bu rayonlara axışıb – Yasamal liderdir.2025-ci ildə Bakıda təkrar mənzil bazarında rayonlar arasında ciddi qiymət fərqləri qeydə alınıb.
Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, bir mənzilin orta satış qiymətinə görə Səbail rayonu 222 159 manatla ilk yerdə qərarlaşıb. Nərimanovda bu göstərici 212 307 manat, Nəsimidə isə 210 469 manat təşkil edib.
Ən aşağı orta satış qiyməti Pirallahıda qeydə alınıb – 51 524 manat. Xəzərdə orta mənzil qiyməti 81 075 manat, Qaradağda isə 81 587 manat olub.
Kvadratmetr qiymətində isə Nəsimi 2 960 manatla siyahıya başçılıq edir. Nərimanovda 1 kvadratmetr 2 878 manat, Səbaildə 2 862 manat olub. Pirallahıda isə göstərici 1 023 manat təşkil edib.
Bakıda ən çox mənzil bu rayonlarda satılıb
2025-ci ildə Bakının təkrar mənzil bazarında ən çox alqı-satqı Yasamal rayonunda qeydə alınıb. Yasamalda il ərzində 4 566 mənzil satılıb və rayon Bakı üzrə bütün əqdlərin 18,2%-ni formalaşdırıb.
İkinci yerdə 4 127 əqdlə Xətai, üçüncü yerdə isə 3 253 əqdlə Nəsimi qərarlaşıb. Binəqədidə 2 663, Nərimanovda 2 405, Suraxanıda 2 360 mənzil üzrə alqı-satqı rəsmiləşdirilib.
Ən aşağı aktivlik Pirallahıda qeydə alınıb. Burada cəmi 85 mənzil alqı-satqısı aparılıb. Xəzərdə 283, Qaradağda isə 669 əqd bağlanıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























