Azərbaycana avtomobil idxalında artım yüksək sürətdə qalır
2021-ci ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) xarici ölkələrdən Azərbaycana 744 milyon 379 min dollar dəyərində 72 min 902 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin 10 ayı ilə müqayisədə 30 min 75 ədəd və ya 70,12% (1,7 dəfə) çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 511 milyon 375 min dollar dəyərində 42 min 827 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin 10 ayında təkcə minik avtomobillərinin idxalı 68 min 24 ədəd təşkil edib (ötən ilin 10 ayında 39 min 853 ədəd təşkil etmişdi).
2021-ci ilin oktyabr ayında Azərbaycana 7 min 948 ədəd avtomobil idxal edilib. Həmçinin bu ilin yanvarında 4 min 642 ədəd, fevralında 4 min 795 ədəd, martında 6 min 102 ədəd, aprelində 8 min 315 ədəd, mayında 7 min 366 ədəd, iyun ayında 8 min 423 min ədəd, iyul ayında 7 min 731 ədəd, avqust ayında 8 min 987 ədəd, sentyabr ayında 8 min 593 ədəd avtomobil idxal edilib.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
9 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
9 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















