“Tokyo Boeki Group” şirkətinin nümayəndələri Yüksək Texnologiyalar Parkında olublar
Yaponiyanın “Tokyo Boeki Group” şirkətinin Rusiya ofisinin baş direktoru Takiqava Keidzinin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.
YT Park-ın yaydığı məlumatda bildirilir ki, nümayəndə heyətinə “Tokyo Boeki Group” şirkətinin Rusiya ofisinin baş direktorunun müavini Dmitri Yurkoveç və satış üzrə meneceri Vitali Tinkov daxildirlər.
Görüşdə AMEA-nın Fizika İnstitutunun laboratoriya müdirləri – akademik Nazim Məmmədov və fizika elmləri doktoru Ayaz Bayramov, YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, icraçı direktor Zaur Nəhmətov, YT Parkın baş direktorunun müşaviri Müşviq Rəsulzadə və texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov iştirak ediblər.
Qonaqlar texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanları, burada fəaliyyət göstərən laboratoriyalar, quraşdırılmış müasir tələblərə cavab verən avadanlıqlarla yaxından tanış olublar. Bildirilib ki, 4 laboratoriya otağından ibarət bu Mərkəzdə qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işləri həyata keçirilir.
Daha sonra nümayəndə heyətinə texnoparkın ilk rezidenti olan Təcrübə-Sənaye Zavodu haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, əsası 1974-cü ildə qoyulan zavodun əsas fəaliyyət istiqamətlərinə elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında innovativ texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, bu proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışı daxildir.
Vurğulanıb ki, dünya standartlarına tam cavab verən məhsulların istehsalını həyata keçirən Təcrübə-Sənaye Zavodunda sənayeyə qədərki eksperiment və sınaq işlərinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Zavodla tanışlıq zamanı müəssisənin sınaq labaratoriyası və anbarına baxış keçirilib.
Sonra texnoparkın rezidentlərindən olan “Bakı Polimer İstehsalat” MMC-də istehsal prosesi ilə tanışlıq baş tutub. Nümayəndə heyətinə Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən olan “Bakı Polimer İstehsalat” MMC-nin fəaliyyəti barədə məlumat verilib, şirkət tərəfindən innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli, çürüyən və çürüməyən streç film istehsalının həyata keçirildiyi bildirilib.
Qonaqlara YT Parkın digər rezidenti “Elm və Texnologiya Parkı” MMC-nin həyata keçirdiyi dron layihələri təqdim olunub. Qeyd olunub ki, müəssisədə Azərbaycanda müasir standartlara cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində işlər görülür, ilk mərhələdə daxili bazarda tələbatın ödənilməsi, daha sonra isə aparatların ixracı nəzərdə tutulur.
Şirkət nümayəndələri, həmçinin YT Parkın Baş plan layihəsinə uyğun olaraq, texnoparkın ərazisində aparılan komplektləşdirmə və abadlaşdırma işləri ilə tanış olublar. Bildirilib ki, rezidentlərin fəaliyyətinin daha səmərəli təşkili üçün park ərazisində infrastruktur təkmilləşdirilmələri həyata keçirilir.
Daha sonra texnoparkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və “Tokyo Boeki Group” şirkətinin nümayəndə heyəti, eləcə də digər qonaqların iştirakı ilə görüş keçirilib.
V.Abbasov nümayəndə heyətinə AMEA rəhbərliyinin birbaşa dəstəyi ilə texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.
Baş direktor görüşün “Tokyo Boeki Group” şirkəti ilə innovasiya sahəsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi və Yaponiyanın qeyd olunan sahədəki zəngin təcrübəsinin YT Parkda tətbiqinə nail olmaq baxımından əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Yaponiya investor və şirkətləri üçün YT Parkda potensial şərait mövcuddur.
Görüşdə çıxış edən “Tokyo Boeki Group” şirkətinin Rusiya ofisinin baş direktoru Takiqava Keidzi şirkət haqqında məlumat verib. O, təmsil etdiyi şirkətin Yaponiya, Çin, ABŞ, Rusiya, Avstraliya və digər ölkələrdə nanotexnologiya, tibb və biologiya, təbii ehtiyatlar və enerji, mikroelektronika və yarımkeçiricilər, maşınqayırma, metallurgiya sahələri üzrə ixtisaslaşmış 22 törəmə şirkəti özündə birləşdirdiyini söyləyib.
Takiqava Keidzi Azərbaycanda elmi-tədqiqat işlərinin sənayedə tətbiqini həyata keçirmək baxımından böyük imkanlara malik YT Parkla birgə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.
Tədbirdə iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılıb, təkliflər səsləndirilib.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
12 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
12 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
-
13 saat əvvəl
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda 15 faiz gəlirli istiqrazlar tam satıldı – 51 investor iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Ən çox oxunanlar
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























