Avtomobil sənayesində çip böhranından sonra yeni bir böhran! - MAŞINLAR DAHA DA BAHALAŞA BİLƏR
Avtomobil sənayesində çip böhranından sonra yeni bir böhran yaşanır. Avtomobil istehsalında istifadə edilən və alternativi olmayan maqnezium istehsalında yaranan problemlərin avtomobil qiymətlərinə də təsir göstərəcəyi gözlənilir.
Marja.az xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə istehsalda azalmalar zəncirvari olaraq avtomobil bazarına da təsir edib. Çip təchizatındakı problemlər yeni avtomobil istehsalında çətinliklər və ikinci əl bazarların aktivliyi ilə müşayiət olunur. Avtomobil bazarı indi yeni böhranla üz-üzədir. İstehsalı azalan və alternativi olmayan maqnezium böhranının nəqliyyat vasitələrinin qiymətlərinə təsirsiz ötüşməyəcəyi ehtimal olunur.
UZUN MÜDDƏT DAVAM EDƏN ELEKTRİK KƏSİNTİLƏRİ PROBLEMİ
Dünya miqyasında maqnezium sənayesinin ən böyük tədarükçüsü olan Çin ölkədə enerji qıtlığını əsas gətirərək maqnezium istehsalını azaldıb. Bu qərar onsuz da maqnezium tədarükündə mövcud olan qlobal probelmləri sentyabr və oktyabr aylarında daha da artırıb. Təbii olaraq, yaranmış vəziyyət bazarlarda narahatlıqlara da səbəb olub. Çində xeyli müddətdir elektrik enerjisi fasilələri yaşanır. Pekin rəhbərliyi isə mövcud sektordakı gücünü saxlamağa və dünya miqyasında əsas alıcılarını itirməməyə çalışır, digər tərəfdən enerji mənbəyi kimi istifadə etdiyi kömürü azaltmağa çalışdıqca maqnezium təchizatında problemlər daha da artır.
EHTİYACIN 95%-Nİ ÇİN TƏMİN EDİR
Çin dünya üzrə maqnezium istehsalının 80 faizindən çoxunu təmin edir. Ona görə də onun istehsalında ən kiçik dəyişiklik bütün dünyada tədarük zəncirində öz əksini tapır. Xüsusilə, Avropa İttifaqı (Aİ) maqnezium ehtiyacının 95 faizini Çindən təmin edir. Keçən ayın sonunda Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 11 sənayeçi birliyi ilə birlikdə artan maqnezium ehtiyacı ilə bağlı xəbərdarlıq edib və bildirib ki, "Noyabrın sonuna kimi Avropada maqnezium ehtiyatları tükənə bilər". O, bunun əsas xoşagəlməz nəticələrinin istehsalda potensial problemlər, bəzi istehsal müəssisələrinin bağlanması və nəticədə iş yerlərinin itirilməsi ola biləcəyinə diqqət çəkib.
ÇİNDƏN GƏLƏN MAQNEZİUMDAN ASILI OLANLAR
Norveçli alüminium istehsalçısı "Norsk Hyro" Çindən gələn maqneziumdan asılı olan şirkətlərdən biridir. Şirkətin icraçı vitse-prezidenti Halvor Molland DW-yə bildirib ki, maqnezium təchizatındakı vəziyyətdən çox narahatdırlar. O, narahatlıqlara baxmayaraq, sifariş olunan materialları və yolda olanları nəzərə alaraq, bu il üçün istehsallarına zəmanət verdiklərini və heç bir təhlükənin olmadığını bildirir. Onu və onun kimi istehsalçıları narahat edən maqnezium çatışmazlığıdır ki, Çində elektrik kəsintiləri davam edərsə və buna uyğun olaraq istehsal azalarsa, vəziyyət 2022-ci ilə də təsir edəcək.
Məlumdur ki, bu məsələ ötən ayın sonunda Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) sammitində Almaniya kansleri Angela Merkel və Çexiyanın baş naziri Andrey Babiş tərəfindən dilə gətirilib. İki avtomobil istehsalçısı ölkə kimi Almaniya və Çexiya, vəziyyətdən birbaşa təsirlənən dövlətlərdirlər.
ALTERNATİV YOXDUR
Alüminium istehsalında maqneziuma alternativin olmaması analitiklərin fikrincə, sənaye üçün böyük riskdir. Çinin sənayedə üstünlüyü o qədər böyükdür ki, Çində enerji qıtlığı davam edərsə, yaranacaq boşluğu digər istehsalçı ölkələrin doldurması mümkün deyil. Lakin maqnezium nadir material deyil, əksinə boldur. O, yer qabığında ən çox yayılmış on elementdən biridir və bir çox minerallarda, eləcə də bitkilərdə və yaşıl yarpaqlarda olur. Problem onun mövcudluğunda deyil, onun alınmasındadır ki, məhz bu sahədə Çin öz izini qoya bilib. Ötən il qlobal miqyasda istehsal edilən 1 milyon 90 min ton maqneziumun 886 min tonu Çində istehsal olunub. Ondan sonra Rusiya və Amerika Birləşmiş Ştatları (ABŞ) gəlir. Halbuki bu iki ölkənin ötən il tədarükü cəmi 65 min ton olub.
QİYMƏTLƏR REKOR HƏDDƏ ÇATIB
Çində maqnezium istehsalının azalması ilə qiymətlər rekord səviyyəyə yüksəlib. Avropada sənaye nümayəndələri “məhdud maqneziumun qiymətlərinin də rekord həddə qalxmasından” şikayətlənir və ilin əvvəlində maqneziumun tonunun 10-14 min dollar arasında satıldığını xatırladırlar. Bu, Avropa şirkətlərinin maqnezium tərkibli malları sərfəli şəkildə istehsal edib satmasını demək olar ki, qeyri-mümkün edir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
11 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
11 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib




















