"Yeni qanun layihəsi rüsumların məbləğinin dəyişdirilməsini nəzərdə tutmur"
2022-ci ildə əvvəlki qərarın ləğvi planlaşdırılır və indiyədək büdcədən kənar gəlir sayılan dövlət rüsumları vergi yığımında olduğu kimi tam həcmdə dövlət büdcəsinin gəlir hissəsinə köçürüləcək.
Artıq bir neçə gündür bəzi yerli KİV-lərdə və sosial şəbəkələrdə minik avtomobillərinin və mobil telefonların qeydiyyatı üçün rüsumların artırılacağına dair şayiələr ətrafında ajiotaj yaradılır. Rəsmi şəxslərin şayiələri dəfələrlə təkzib etmələrinə baxmayaraq, bu əsassız mövzu şişirdilməkdə davam edir.
Bu məlumatları və “ekspert rəyləri”ni nə ilə izah etmək olar? Bunun izahı Azərbaycan KİV-lərini son illərdəki fəaliyyətini xarakterizə edən qeyri-peşəkarlıqda, əsassız yanaşmalarda və sübutlara söykənməməsindədir. İctimai rəyin saxta institutlarının məqsədi problemin mahiyyətini açmadan və hətta ən səthi araşdırma aparmadan cəmiyyətdə qeyri-sağlam ajiotaj yaratmaqdır.
Cəmiyyətdə qeyri-sağlam ajiotajı kim yaradır?
Əslində rüsumlarla bağlı nə baş verir? Bəlli olduğu kimi, minik avtomobillərinin və mobil telefonların qeydiyyatı üçün rüsumlar Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli 336 nömrəli qərarı ilə təsdiqlənib. “2018-ci il üçün mobil qurğuların qeydiyyatının dövlət rüsumlarının ölçüləri” haqda qərarda rüsumların miqdarı aydın göstərilib. Əgər mobil telefon aparatının bazar qiyməti 100 dolları ötmürsə, rüsum 30 manat həcmindədir, 101-200 dollar dəyərindədirsə - 50 manatdır, 201-400 dollar arasındadırsa - 60 manatdır, 401-700 dollar üçün - 70 manat, 701-1000 dollar üçün - 100 manat, 1001 dollardan yuxarı olduqda isə 150 manat rüsum nəzərdə tutulub.
Bəs avtomobillər? Yenidən milli qanunvericiliyə qayıdaq. Bu məsələ Nazirlər Kabinetinin “Minik avtomobillərinin fiziki şəxslər tərəfindən özgələşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatının 2018-ci il üçün dövlət rüsumlarının ölçüləri” barədə qərarında öz əksini tapıb. Ona əsasən, həmin ildən dövlət rüsumlarının tutulması qaydası bu cürdür: avtomobil mühərrikinin həcmi 2.000 kub santimetrə qədərdirsə - hər sm3 üçün 0,05 manat; 3.000 sm3-ə qədər - 100 manat + əlavə olaraq 2001 sm3-dən 3000 sm3-ə qədərki hər sm3 üçün 0,1 manat; 4000 sm3-ə qədər - 200 manat + əlavə olaraq 3001 sm3-dən 4000 sm3-ə qədərki hər sm3 üçün 0,2 manat; 5000 sm3 üçün - 400 manat + əlavə olaraq 4001-dən 5000-ə qədərki hər sm3 üçün 0,3 manat; 4000 sm3-dən yuxarı - 1500 manat.
Bu vaxt qeyd olunmalıdır ki, həmin qərarın şərtləri müvafiq sahədəki vəziyyəti köklü şəkildə təkmilləşdirib və nizama salıb. Ölkəyə gətirilən mobil telefon aparatlarının qeydiyyatı şəffaf və vətəndaşlar üçün daha əlverişli formada aparılmağa başlayıb, bu isə telefonların qaçaqmal yolu ilə gətirilməsinin qarşısını almağa, habelə xaricdən gələn vətəndaşların yüklərinə primitiv nəzarət baxışlarından yaxa qurtarmağa imkan verib.
Telefonlar ətrafında oyunlar kimə lazımdır?
Hazırda rüsumların yığılmasını icraedici orqanın yox, baxılmaq üçün Milli Məclisə təqdim olunmuş Qanun layihəsinin (!!!) əsasında təmin olunması təklif edilir. Həmin qanun layihəsində isə qeyd olunur ki, mobil telefon və minik avtomobillərinin dövlət qeydiyyatı üçün rüsumlar Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli 336 nömrəli qərarında göstərilən rüsumlarla eyniqiymətlidir.
Başqa sözlə, əvvəlki rüsumların ölçüsü dəyişmədən qalır! Avtomobil və mobil telefonların sahiblərinə bir daha bildiririk: yeni qanun layihəsi rüsumların məbləğinin dəyişdirilməsini nəzərdə tutmur.
Sual yarana bilər: dövlət rüsumları ilə bağlı Qanunun qəbulu hansı zərurətdən yaranıb?
2022-ci ildə əvvəlki qərarın ləğvi planlaşdırılır və indiyədək büdcədən kənar gəlir sayılan dövlət rüsumları vergi yığımında olduğu kimi tam həcmdə dövlət büdcəsinin gəlir hissəsinə köçürüləcək. Və əgər rüsumların həcmi dəyişilməz qalırsa, onların tutulmasını Nazirlər Kabinetinin qərarı yox, Qanun təmin edəcək.
Bu dəyişikliyin əsas vəzifələrindən biri bəzi xidmətlərə görə rüsumların dərəcəsini müəyyənləşdirmək və onların tutulması zamanı fəaliyyətlə bağlıdır. Müxtəlif sahələrdə tutulan dövlət rüsumlarının mahiyyəti və ünvanı indiyədək tam aydın deyildi və bu, müəyyən nizamsızlığa aparıb çıxarırdı. Qanunun qəbulu rüsumların konkret sahələrini, onların ünvanlığını və kompaktlığını təmin edəcək.
Çox böyük təəssüf ki, izahat işlərinin aşağı səviyyədə olması və bəzi KİV-lərin olduqca qeyri-peşəkarlığı, bəzən isə qəsdən təxribatçı fəaliyyəti ucbatından ictimaiyyət baş verəcək dəyişikliklərin əsl mahiyyətini anlamaq, nəticədə dövlətin maliyyə imkanlarının artımını və ölkə əhalisinin rifah halının yüksəlməsini dəyərləndirmək imkanından məhrum edilib. Bu oyunlar kimə sərfəlidir? Bəlkə qeyri-peşəkar KİV-lərin arxasında bu primitiv oyunun “anonim” sifarişçiləri gizlənir?
Bu sualı müəyyən zamana qədər açıq saxlayaq. Yalnız onu qeyd edək ki, mahiyyət etibarilə dövlətin siyasətini sabotaj edən, mühüm iqtisadi proseslərin anlaşılmasına səthi və bəzən də açıq-aşkar primitiv yanaşma sərgiləyən bu cür dezinformasiyalar çox təhlükəlidir. Odur ki, dövlətin iqtisadi siyasətini cəmiyyətə izah etməyə çalışan “mütəxəssislər”ə və onlara tribuna verən KİV-lərə məsləhət görürük: vətəndaş məsuliyyəti nümayiş etdirin və hamının ixtiyarına verilmiş sənədləri soyuq ağılla dərindən öyrənməyə başlayın.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Virtualaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan miqdarı çoxaltmaqla neft və qaz və ixracından gəlirini artırıb
-
14 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
-
14 saat əvvəl
Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb
-
15 saat əvvəl
Bu il Azərbaycana xaricdən daha çox avtomobil gətirilib - 4 AYDA 616 MİLYON DOLLARLIQ İDXAL
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Avropa İttifaqı 2025-ci il üçün iqtisadi artım proqnozlarını azaltdı
-
17 saat əvvəl
"Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb"
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb

Azərbaycanın idxalı artıb, xarici ticarət saldosu azalıb

Azərbaycana smartfon idxalı azalıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Azərbaycanda heyvan xəstəliklərindən azad zonalar yaradılır

Avropa İttifaqı 2025-ci il üçün iqtisadi artım proqnozlarını azaltdı

"Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb"

"Happy Kids" uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırıldı

Sabahın hava proqnozu açıqlanıb

Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər - VİDEO

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

AYNA: "Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir
