ABŞ-da məşğulluq zəif artıb - 9 AYIN ƏN AŞAĞI ARTIMI
ABŞ-da Sentyabr ayına dair kəmnd təsərrüfatı sektoru xaric məşğulluq məlumatları açıqlandı. Məlumatlar Sentyabrda yaradılan 194 min məşğulluğun 9 ayın ən aşağı məşğulluq artımı olduğunu göstərib. Bloomberg-in sorgusuna görə, iqtisadçılar məşğulluğun 500 min artdığını nəzərdə tuturdular.ABŞ-da Sentyabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatları açıqlanıb.
Məlumata görə, ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq Sentyabr ayında 194 min artıb.
İqtisadçıların proqnozu Sentyabrda məşğulluq artımının 500 min olacağı istiqamətində idi.
Avqust ayında 235 min olaraq açıqlanan məşğulluq artımı isə 366 minə revizə edilib.
Ölkədə işsizlik nisbəti Sentyabrda 4,8% təşkil edib. Bu məlumata dair proqnoz 5,1% idi.
Orta saatlıq maaş Sentyabr ayında aylıq müqayisədə 0,4%-lik proqnoza qarşı 0,6% artıb. Orta saatlıq maaş illik müqayisədə 4,6% artıb, proqnoz da 4,6% artım olacağı istiqamətində idi.
Fed-in qiymətli kağız alışını azaltması təqvimi üçün fokuslandığı əsas məlumat məşğulluqdur. Fed sədri Jerome Powell bildirib ki, məşğulluq stabil artmaqda davam edərsə Fed qiymətli kağız (istiqraz) alışlarını azaltmağa bu il başlaya bilər. Qiymətli kağız alışlarının azaldılması və ABŞ-da faizlərin yüksəlməsi inkişaf edən ölkə pul vahidləri üzərində təzyiqin artmasına səbəb ola bilər.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
14 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


























