"Risklərin siyahısına donvurma və adi xəstəliklər də əlavə ediləcək" - AQRAR SIĞORTA FONDU
"2021-ci ilin oktyabr-noyabr aylarında aqrar sığorta üzrə sığorta risklərinin siyahısı genişlənəcək. Bununla bağlı layihə artıq Nazirlər Kabinetindədir.
Bu sözləri açıqlamasında Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov deyib.
F.Sadıqov siyahıya əlavə ediləcək risklərdən bir neçəsinin adını sadalayıb:
"Artıq risklərin siyahısına dolu, qasırğa, zəlzələ, torpaq sürüşməsi kimi risklərlə yanaşı donvurma riskini əlavə edirik. Donvurma meyvə istehsalçılarımızın ən qorxduğu məsələdir. Risklərin əhatə dairəsinin genişləndirilməsi məsələsi bir aya Baş nazir tərəfindən təsdiqlənəcək. Düşünürük ki, oktyabr ayında risklərlə bağlı yeni siyahı təqdim edəcəyik. Yəqin ki, 2025-2026-cı illərdə bu siyahıya quraqlıq riskinin də əlavə edilməsini düşünəcəyik ki, dəmyə ərazilərə də təminat verək.
Bizim risk və predmetlər barədə bütün qərarlarımız Baş nazir tərəfindən təsdiqlənir. Qərarlarımız dövlət qurumları ilə razılaşdırılır. Dediyimiz layihə artıq bütün razılaşdırmalardan keçib və Nazirlər Kabinetində imzadadır. Son razılaşdırma əldə olunduqdan sonra biz həmin siyahını təsdiqləyəcəyik".
Onun sözlərinə görə, genişləndirilmiş siyahıya heyvandarlıq sahəsi üzrə risklər də əlavə edilib.
"Biz heyvanlarda da bu yanaşmanı tətbiq edirik ki, risklərin əhatəsi genişlənsin. Artıq risk siyahısına yoluxucu xəstəliklərlə bağlı adi xəstəlikləri də salacağıq. Bununla yanaşı damazlıq funksiyasının itirilməsi təminatını salacağıq. Məsələn, heyvan hər hansı xəstəlik nəticəsində damazlıq funksiyasını itirib və bala verə bilmir. Bu zaman fermer onu məcburi kəsimə yollayacaq. Tutalım, heyvanın qiyməti 5 min manatdır və fermer onu məcburi kəsimə göndərib 3 min manat götürəcək. Bu zaman biz də ona 2 min manat ödəyəcəyik ki, yeni heyvan gətirsin və istehsalın davamlılığı təmin olunsun", - deyə F.Sadıqov bildirib.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Report
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 13 saat sonra
- 16 d. əvvəl
- 28 d. əvvəl
-
33 d. əvvəl
PAŞA Kapital-ın anderrayterliyi ilə Kapital Bank istiqrazlarına 146 milyon manatdan artıq sifariş
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-cı ildə bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı artıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Expressbank”da yeni təyinat
“MİDA” MMC-nin xalis mənfəəti 85% azalıb
İnvestorlar üçün yeni imkan: İllik 10,5% gəlir təklif edən və rüblük ödənişli istiqrazlar bazara çıxır
Ən çox oxunanlar
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
"Qaranlıq avtomobildə gizli görüş – Cəmi bir neçə dəqiqə davam edib”
“BOKT International” investorlardan 1 milyon manat borc cəlb etdi
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

























