"Həyat" Fondunun təqdimatı keçirilib
Yeni yaradılmış "Həyat" Fondunun təqdimatı keçirilib.
Fondun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək.
"Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər.
Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq.
Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə olmaqla, ATV telekanalında "Həyat" adlı verilişi də nəzərdə tutulub. Veriliş ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, "Həyat" Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Verilişin aparıcısı N. Hüseynov olacaq.
Təqdimat mərasimində çıxış edən aktrisa Həmidə Ömərova Azərbaycan xalqının həmişə xeyirxahlığı ilə fərqləndiyini bildirib: "Çox sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb".
IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna fəaliyyətində uğurlar arzulayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M. Quliyev 90-cı illərin əvvəllərində Azərbaycanda səriştəsiz idarəçilik səbəbindən ölkənin acınacaqlı duruma düşdüyünü söyləyib: "Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, ölkəmiz inkişaf edir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Bu gün bizim üçün xoş bir gündür, dostumuzun Fondu fəaliyyətə başlayır. Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".
Tədbir digər çıxışlarla davam edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
- 6 d. əvvəl
-
1 saat əvvəl
“Turkish Cargo” Türkiyədən Ermənistana ilk müntəzəm yük reysini həyata keçirib
-
1 saat əvvəl
Xəzər sahilində torpaq idarəçiliyi bir quruma həvalə edildi – Prezident fərman imzaladı
-
1 saat əvvəl
İdxal-ixrac və logistikanın rəqəmsallaşdırılması üçün yeni fərman imzalandı
-
1 saat əvvəl
2027-ci il “Yüksəliş” müsabiqəsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Dünya enerji sənayesinin rəhbərləri Bakıda toplaşacaq
Anthropic 1,4 trilyon dollarlıq dəyərlə birjaya çıxmağa hazırlaşır – Süni intellekt sektoru üçün kritik sınaq
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit ®
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir ®
Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
İri maliyyə qurumu neftin bahalaşacağını proqnozlaşdırır – Brent 110 dollara çata bilər
ABB ölkəmizdə insan kapitalını araşdırdı
























