“Az-Granata”nın kollektivi iş yerində “kupça” alıblar
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün daşınmaz əmlakın dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə əlçatanlığın təmin edilməsi ilə bağlı müxtəlif yönümlü sosial tədbirlər həyata keçirir.
Əhalinin bu sahədə işini daha da yüngülləşdirəcək geniş yayılan sosial layihələrdən biri də “Kütləvi çıxarış” kampaniyasıdır.
Komitənin təşkil etdiyi kampaniyanın keçirildiyi yerlər müxtəlfidir. Bu isə vətəndaşların maraqlarına xidmət edir. Belə ki, “Kütləvi çıxarış” kampaniyası təşkil edildiyi ərazilər əhaliyə uyğun və yaşadıqları yerlərə olduqca yaxındır. Başqa sözlə bu sosial layihə komitənin qeydiyyat xidmətlərini əhalinin bir başa ünvanlarında, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır.
Qeyd edilməlidir ki, belə xidmətlər əhalinin birbaşa iş yerlərində də göstərilir. Bu kampaniya müəssisələrdə keçirilməklə çoxlu sayda işçiləri və böyük kollektivi əhatə edir.
İş yerində təşkil olunan növbəti belə çıxarış kampaniyası 19 may tarixində Ağsu rayonunda yerləşən “Az-Granata” zavodunun çoxsaylı əmək kollektivi üçün keçirilib. Kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar. Bu sosial layihə işçilərə vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına dair sənəd almaq üçün əlavə ünvanlara getməməsinə şərait yaradıb. Həmçinin bu, müəssisədə iş rejiminin pozulmamasına, heyyətin işdən uzunmüddətli ayrılmamasına imkan verir.
Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçilərinə əmlaklarına dair hazır çıxarışlar birbaşa iş yerlərində təqdim edilib. Bu isə zavoda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan işləməyə gələn insanların əlavə məsafə qət etməsini aradan qaldırır, vaxtlarına qənaət etməyə imkan yaradır. Bu tədbirlərin keçirilməsində məqsəd əhalinin məmnunluq səviyyəsini artırılması, vətəndaşlara daha əlçatan və rahat şəraitdə ictimai xidmətlərin göstərilməsinə yönəldilib.
Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyat yanı torpaq sahələrini əhatə edib.
Belə kampaniya davamlı olaraq həyata keçirilir. Bundan öncə İmişlidə, Xaçmazda və paytaxtda yerləşən bir neçə müəssisə, fabrik və zavodlarının işçiləri “Kütləvi çıxarış” kampaniyasından iş yerlərini tərk etmədən faydalanıblar. Ümumilikdə isə, bu tədbirlər çərçivəsində 300-ə yaxın vətəndaşa onların çalışdıqları müəssisələrdə çıxarışlar təqdim olunub.
Qeyd edilməlidir ki, kampaniya zamanı vətəndaşlara qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, qeydiyyat prosedurları ilə bağlı hüquqi izah və istiqamət verilir. Komitənin əməkdaşları sakinlərdən çıxarışla əvəz olunması üçün lazımi sənədlər toplayırlar. Onlara çıxarışların hazır olacağı tarix və birbaşa ünvana gətiriləcəyi bildirilir.
“Kütləvi çıxarış” kampaniyasının birbaşa ünvanlarda, iş yerlərində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi əhəmiyyəti də var. Ölkə üzrə təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Bu isə alqı-satqı, ipoteka əməliyyatlarının daha rahat və operativ təşkilinə imkan verir. Bu tədbirlərin nəticəsi olaraq digər vətəndaşlar da qeydiyyata maraq göstərməyə, öz əmlakını qeydiyyata aldırmağa stimullaşdırır.
Qeyd edilməlidir ki, “Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Xidmətlər zamanı sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılır, qəbul olunur, növbəti prosedurlar ətraflı izah edilir. Ünvanlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğun təmin olunmasıdır.
Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası geniş şəkildə davam etdiriləcək.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 23 saat sonra
- 6 saat əvvəl
-
9 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
13 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
13 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

























