Technol: "Yaxın zamanlarda bir neçə ölkəyə ixracımız başlayacaq"

Bir neçə ay öncə fəaliyyətə başlayan, Azərbaycanın ilk mühərrik yağları istehsalçısı olan “Technol” şirkətinin icraç direktoru Murad Rəfiyev müsahibə verib:
- Murad bəy, “Technol” artıq 3 aydan çoxdur ki, yerli bazara daxil olub. Demək olar ki, fəaliyyətə başlamağınızın ilk rübü geridə qalıb. Birinci rübün nəticələrinə baxdıqda, ümumi vəziyyəti necə dəyərləndirirsiz?
- Bildiyiniz kimi, “Technol” Azərbaycanın ilk müasir mühərrik və sənaye yağları istehsal edən müəssisəsidir. Bu vaxta qədər ölkə bazarında satılan məhsulların demək olar ki, hamısı xarici bazardan idxal edilirdi. Bu səbəbdən bazarda bir durğunluq var idi. 100-dən çox xarici markanın satıldığı mühərrik yağları bazarına yerli marka kimi daxil olmağın həm üstün, həm də çətin tərəfləri var idi. Geridə qoyduğumuz 3 ay ərzində “Technol” bazarda sürətlə irəliləməyə başladı. Bunu isə bazara daxil olan heç bir marka edə bilməz. İlk yerli marka olmağımızdan yaranan bir xüsusiyyət də ondan ibarət idi ki, insanların yerli məhsula fərqli reaksiyası gözlənilirdi və bu, belə də oldu. Bu reaksiya iki yerə bölünürdü: yerli məhsula inanmayan insanlar və nəhayət ki, 100-dən çox xarici markanın olduğu bazarda öz yerli markasını görən insanlar. 3 ay ərzində “Technol” Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində, o cümlədən ölkənin cənub regionunda mövqe tutub. Bu ayın sonuna qədər isə bütün ölkə üzrə satışlar təmin olunacaq. İyun ayında müştərilər artıq “Technol”u ölkənin ən ucqar nöqtəsində belə tapa bilərlər.
- Yerli marka haqqında danışdız. Qeyd etdiyiniz kimi, bəzi insanlar yerli markaya inanmır. Bu səbəbdən müşahidələr göstərir ki, bir çox yerli markalar yerli istehsal olduqlarını qabarıq şəkildə bəyan etmir, ancaq “Technol” bunu önə çəkir, bütün reklam vasitələrində “Made in Azerbaijan” olduğunu vurğulayır. Bunun bir xüsusi səbəbi varmı?
-Doğru müşahidədir. Məhz yerli məhsula inamın zəif olması səbəbindən bir çox yerli məhsulların reklam vasitələrində bu nüans qeyd olunmur. Ancaq bu sindrom qırılmalıdır deyə düşünürük və bunu bizim kimi istehlakçılara keyfiyyətli məhsul təqdim edən şirkətlər etməlidir. Düşündük ki, əgər müştərilərə yüksək keyfiyyətdə məhsul təqdim ediriksə və bunu bir Azərbaycan məhsulu olaraq ediriksə, mütləq məhsulun Azərbaycan istehsalı olmasını qeyd etməliyik. Bu həm də bizim üçün qürur hissidir. Təbii ki, ilk dönəmdə bu bizim üçün hansısa sıxıntılara səbəb ola bilər. Ancaq uzunmüddətli düşündükdə, müştərilər məhsuldan istifadə edərək yüksək keyfiyyətli məhsul olmasını görüb, özləri də məmnun olacaq ki, yerli məhsul istifadə edirlər və o məhsul bütün standartlara cavab verir. Düşünürəm ki, öz məhsuluna güvənən bütün yerli istehsalçılar Azərbaycan məhsulu olduğunu deməkdən çəkinməməlidilər. Əksinə, bu onlar üçün qürur mənbəyi olmalıdır.
- Bir müddət öncə "Technol" ilk Azərbaycan markası olaraq Türkiyədə keçirilən beynəlxalq avtomexanika sərgisində təmsil olunub. Mediada yayılan məlumatlara görə, bu işin davamı kimi yaxında “Technol” ixracata başlayacaq. Bu barədə nə deyə bilərsiz?
- Avtomexanika sərgisi dünyada öz sahəsi üzrə ən böyük sərgilərdəndir. Bu sərgidə ilk dəfə Azərbaycan markasının olması həm bizim üçün, həm də sərgi iştirakçıları üçün böyük yenilik idi. Bu səbəbdən sərgi zamanı çox müsbət reaksiyalar aldıq. Suala gəldikdə onu qeyd edə bilərəm ki, "Technol" Azərbaycanda investisiyanın təşfiqi sənədini alan ilk şirkətlərdəndir. Eyni zamanda qeyd etmək olar ki, bu sənədi alıb, istehsala başlayan ilk müəssisədir. Bu sənədin əsas mahiyyəti məhz ixracyönümlü müəssisələr üçün müəyyən güzəştlərin edilməsidir. Yəni, “Technol” bir ixracyönümlü müəssisədir. Türkiyədə baş tutan sərgidən sonra dünyanın bir çox ölkələri ilə ixrac əməliyyatları üçün danışıqlara başladıq. Artıq bəzi ölkələrlə aparılan danışıqlar yekunlaşıb və müəyyən nəticələr əldə olunub. Yaxın zamanlarda eyni vaxtda bir neçə ölkəyə ixrac əməliyyatımız başlayacaq.
- Yaxında növbəti belə sərgilər gözlənilirmi?
- Təbii, gözlənilir. “Technol”un qlobal bazarda möhkəmlənmək üçün planları var. Bu planların tərkibinə bu cür sərgilərdə iştirak da daxildir. Eyni zamanda, 31 may-3 iyun tarixlərində Bakıda baş tutacaq Beynəlxalq Xəzər Neft-Qaz sərgisində də “Technol” iştirak edəcək. Dünyanın məhşur neft-qaz və mühərrik yağları istehsalçılarının qatıldığı bu sərgidə yenə Azərbaycan ilk dəfə olaraq mühərrik yağı markası ilə təmsil olunacaq.
- “Technol”un istehsal etdiyi mühərrik yağları əsasən hansı kateqoriyadan olan avtomobillər üçün nəzərdə tutulub?
- İstehsal etdiyimiz mühərrik yağları bir neçə seriada cəmlənib. Bura " Platinum", "Gold", "Silver", "Turbo", "Power" kimi seriyalar daxildir. Hər seriyanın məhsulunun müraciət etdiyi seqment var. Məsələn, "Platinum" seriyasına daxil olan 0W-40, 0W-30, 5W-30, 5W-20kimi məhsullarımız əsasən son model avtomobillər, xüsusən 2010-cu il və daha sonra istehsal olunan avtomobillərin tövsiyyə etdiyi Avro 4, Avro 5 və Avro 6 standartlarını qarşılayaraq avtomobillərin yüksək performans nümayiş etdirməsini təmin edir. “Tehcnol” Goldseriyasına daxil olan 10W-40, 5W-40, 5W-30 kimi məhsullar 2000-ci ilə və daha sonra istehsal olunan mühərrik xüsusiyyətlərinə görə hazırlanıb. Tərkibində olan yüksək təmizləyici xüsusiyyəti sayəsində mühərrikin daxilində yanacaq qarışığı nəticəsində yarana biləcək tullantıların mühərrikin işlənməsinə maneə törətməsini aradan qaldırır. Bu ardıcıllıqla istehsal etdiyimiz bütün məhsulların öz xüsusiyyətləri var. Hər bir məhsulun arxasında Azərbaycan dilində istifadə qaydaları haqqında ətraflı məlumat qeyd olunub.
- Murad bəy, yaxın zamanlarda istehlakçılar üçün edəcəyiniz hər hansı yenilik olacaqmı?
- “Technol” olaraq hər zaman istehlakçıları düşünürük və hər zaman onların qarşısına xoş sürprizlə çıxmaq istəyirik. Bu səbəbdən bir çox yeniliklər gözlənilir. Bir neçə gün sonra istifadəçilər üçün mühərrik yağlarının seçimini rahatlaşdıran mobil tətbiqimizi təqdim edəcəyik. Bu tətbiq vasitəsi ilə istehlakçılar xəritə ilə həm “Technol”un satıldığı əraziləri görüb və özünə ən yaxın satış nöqtəsini tapa bilər, eyni zamanda mühərrikinə uyğun doğru motor yağını müəyyənləşdirə bilərlər. Bundan başqa, yaxın zamanlarda Korporativ Sosial Məsuliyyət layihələrimiz start götürəcək. Azərbaycan şirkəti olaraq, ölkəmizdəki sosial məsuliyyətimizi anlayır və bu istiqamətdə işlər görməyi planlaşdırırıq.
© Report
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
2 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
11 saat əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
1 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 1 gün əvvəl
-
2 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
