Fed-in İyunda faiz artıracağı ehtimalı kəskin azaldı
Donald Trump rəhbərliyində baş vermiş ola biləcək ən dərin böhran olan "Flynn araşdırması" Fed-in İyunda faiz artıracağı ehtimalının düşməsinə səbəb olur.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, qlobal bazarlar Fed-in gələn ay faiz artıracağına hazırda 64 faiz ehtimal verir. Bu nisbət ötən həftə 80 faiz səviyyəsində idi. Fed-in Sentyabr ayında faiz artıracağı ehtimalı da azalır.
14 trilyon dollar dəyərində xəzinə istiqrazları bazarı, ötən həftə FBI direktoru James Comey-in vəzifəsindən azad edilməsini və Donald Trump-ın Rusiya diplomatlarına çox gizli məlumatları göstərməsini normal qarşılamışdı. "Flynn araşdırması" haqqında ortaya çıxan son hadisə, 10 illik istiqrazın faizini 9 bənd aşağı salaraq 2.24%-ə endirib. Göstərici faizlərdə bu azalma, iki ayın ən kəskin azalması oldu və dünya miqyasında maliyyə bazarlarını sarsıtdı.
TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !
QIZIL BAHALAŞIR, DOLLAR UCUZLAŞIR
Qızıl da ABŞ Prezidenti Donald Trumpın ətrafını bürüyən xaosdan dəstək alır.
Qiymətli metal, ABŞ Prezidentinin vəzifəsindən azad etdiyi FBI direktoru James Comey-dən keçmiş Milli Təhlükəsizlik Müşaviri David Flynn-a qarşı istintaqı dayandırmasını istədiyi xəbəri yayıldıqdan sonra bahalaşır. Dollar, 1970-ci illərdə Riçard Niksonun (Richard Nixon) istefasına səbəb olan hadisələrə bənzədilən bu son hadisələrlə dəyər itirir. Avropa səhmləri də aşağı istiqamətdə hərəkət edib.
Analitiklər bildirirlər ki, Prezident Trump bəlkə də vəzifəsi dövrünün ən çətin vaxtını yaşayır. İnvestorlar, məclis araşdırması ehtimalını müzakirə edirlər, çünki açıq bir şəkildə bu vəziyyət etimadı zədələyəcəkdir.
ƏLA FÜRSƏT:17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Bakı vaxtı ilə saat 21:30-a olan məlumata görə, qızıl 1.8 faiz bahalaşaraq unsiyası 1259 dollara qədər qalxıb. Dollar Avro qarşısında daha 0,6% ucuzlaşıb və Avro/Dollar məzənnəsi 1.1152 səviyyəsinə çıxıb
Qızıl, Trumpın bir həftə əvvəl FBI direktoru James Comey-i vəzifəsindən azad etməsi və sonra Rusiya ilə çox gizli kəşfiyyat məlumatlarını bölüşdüyünə dair xəbərin çıxmasının ardından yüksəlir.
Comey-in vəzifəsindən azad edilməsinə dair hadisələr, Trump-ın "ədalətə mane olması" ilə ittiham olunması ilə nəticələnə bilər. Bu problemlər, ABŞ rəhbərliyinin diqqətini iqtisadi inkişafı dəstəkləməyə yönələn siyasətlərdən uzaqlaşdıracağı gözləntilərini gücləndirib və "Watergate" qalmaqalından dolayı vəzifəsindən azad olunma həddinə gələn Niksonun vəziyyəti ilə oxşarlıqlar qurulmasına səbəb olub.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 24 d. əvvəl
- 38 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























