“Hər birimizdə böyük potensial var" - Könül Bayramova
(R) "AccessBank”ın simaları" rubrikasında bugünkü həmsöhbətimiz Zaqatala filialının mikro və aqro müştərilər üzrə meneceri Könül Bayramovadır.- Könül, neçə ildir AccessBank-da işləyirsiniz? Bura gəlişiniz necə oldu?
Tarixi dəqiq xatırlayıram – “AccessBank”da karyeram 1 dekabr 2008-ci ildə başladı. Əslən Balakən rayonundan olsam da, Bakıda 4 il ali təhsil aldıqdan sonra yenidən rayona öyrəşə bilmirdim. O zaman “AccessBank”ın filialı Zaqatalada yeni açılmışdı və orada işləyən administrator bizim kənddən idi. O, filialdakı vakansiyalar barədə məlumat verdi və mən müraciət etdim. Ertəsi gün məni imtahana, sonra da müsahibəyə çağırdılar. Müsahibədən sonra isə Bakıya dəvət etdilər. Paytaxtdan qayıdanda Göyçaya az qalmış mənə zəng gəldi:”Təbrik edirik, siz qəbul olundunuz və dekabr ayının 1-dən işə başlaya bilərsiniz”. O an həyatımın dönüş nöqtəsi oldu.
- Bankçılıq qadınlara elə də yaxın sahə kimi qəbul edilmir. Bölgədə qadının “kişi işi” kimi qəbul edilən işdə işləməsi necə hissdir?
Niyə kişi işi?! Məncə mən işimin öhdəsindən bəzi kişilərdən daha yaxşı gəlirəm. Mənim üçün bu işi görmək nəinki çətin deyil, hətta çox xoşdur. İnsanlarla ünsiyyət, Qax-Zaqatala-Balakən ərazisində olan çoxsaylı millətlər,onlarin hər birinin özünəməxsus xüsusiyyətləri, xarakterləri, mədəniyyətləri mənim üçün çox maraqlıdır.
İş çətin olsa da olar. Əsas nəticə yaxşı olsun. Onda işin çətinliyini də, yorğunluğunu da unudursan. Kiməsə lazımi anda əl tutmaq, ona yardımçı olmaq və müştərinin sənə minnətdar olması işini daha da sevdirir. Bəli, işim çoxdur, amma mən gördüyüm işdən həzz alıram.
- Bankçılıqda biznes kreditləri üzrə işləyən barmaqla sayılacaq qədər qadın var. Qızlar bizneslə işləməkdən çəkinir?
Qızlar biznes krediti şöbəsində işləməkdən niyə çəkinməlidir ki? Misal üçün, “AccessBank”da İdarə Heyətində və menecmentdə çoxlu qadınlar işləyir və onlar işlərinin öhdəsindən layiqincə gəlirlər.
Hər birimizdə böyük potensial var; kimsə ondan istifadə edir, kim isə yox. Potensialından istifadə etmək bacarığı isə cinsə baxmır.
- İlk biznes kreditinizi kimə vermisiniz?
Sərbəst şəkildə ilk biznes kreditimi 2009-cu ilin martında - işə başladıqdan üç ay sonra Balakəndə yaşıyan bir müştəriyə verdim. Təəssüf ki, bank sirri sayıldığı üçün müştərinin ad-soyadını deyə bilmərəm. Deməli, 8 mart günü biznes analizinə getdim, müştərinin təsərrüfatını, əkin sahələrini gəzdim. Şöbə müdiri analizlərimi yoxladı və müştəriyə kiçik məbləğdə kredit ayırdıq. Bu, mənim Bankda verdiyim ilk biznes krediti oldu.
Soruşa bilərsiz, indi bəs necə, müştəri bizimlə əməkdaşlıq edirmi? Bəli, müştəri ilə əməkdaşlığımız davam edir və o, inkişaf etmiş biznesi üçün artıq kreditləşmə deyil, həm də digər xidmətlərimizdən də istifadə edir.
- Sizcə ən yaxşı sahibkarlar kim sayılır - qadınlar yoxsa kişilər? Nəyə görə?
Mən deməyəcəyəm ki, qadınlar incədir, zərifdir, çətin işin öhdəsindən gəlməzlər. Bir şeydə əminəm ki, qadınlar böyük qüvvədilər!
Ən yaxşı sahibkarın kim olduğuna dair deyim ki, cinsindən asılı olmayaraq, hər bir insanın öz düşüncə tərzi və həyata baxışları var. Hər kəs işini düzgün yerinə yetirsə, məqsədinə - sahibkarlıq fəaliyyətinə də nail olacaq.
Əminəm ki, cinsiyyətin əhəmiyyəti yoxdur - uğur bir insanın iradəsindən və istəklərindən asılıdır. Bölgəmizdə qadınlar kişilərlə bərabər əsasda işləyir və böyük uğurlar əldə edirlər. Bayaq vurğuladığım potensial məsələsinə geri dönək. O potensialı açsaq, inkişaf etdirsək, qarşımıza qoyduğumuz məqsədlərə rahatlıqla çata bilərik.
- Özünü biznesdə, bankçılıqda görən qızlara nə məsləhət verə bilərsiniz?
Karyera qurmağı planlaşdıranlar üçün ilk növbədə istək və arzularını izləməyi məsləhət görərdim. İnsan bütün qəlbi ilə istəyəndə hər şeyi əldə edir. Əsas odur ki, ümidinizi itirməyin, hansı çətinliklərlə üzləşməyinizə baxmayaraq, daima irəliləməlisiniz. Belə deyirlər ki, "Yıxılsan, ağlama, qalx."
13 il biznes kreditləri sahəsində çalışan bir mütəxəssis kimi ilk növbədə qızlara cəsarətli, özünəinamlı və pozitiv olmağı tövsiyə edərdim - bu gələcək uğurun açarıdır. İnanın, bank işində kişilərdən də uğurlu olan çoxlu sayda qadın var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
3 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
4 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
4 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
4 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir












.png)













