"PAŞA Kapital"ın xalis qazancı 3 dəfədən çox artıb
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2020-ci ili 2 milyon 780 min manat xalis mənfəət ilə başa vurub, bu, 2019-cu illə müqayisədə 3,3 dəfə çoxdur. "PAŞA Kapital" 2020-ci ili 842 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə "PAŞA Kapital"ın faiz gəlirləri 794 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 888 min manat təşkil edib. 2019-cu ildə "PAŞA Kapital"ın faiz gəlirləri 500 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 258 min manat təşkil etmişdi.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2020-ci il tarixində "PAŞA Kapital" 32 milyon 494 min manat cəmi aktivlərə malik olub, bu da 2019-cu ilin sonu ilə müqayisədə 2,7 dəfə çoxdur. Şirkət 31 Dekabr 2019-cu il tarixində 12 milyon 9 min manat cəmi aktivlərə malik idi. Aktivlərin artması nağd pulun və qiymətli kağızlara investisiyaların artması ilə əlaqədardır.
Qeyd edək ki, “PAŞA Kapital” “PAŞA Holdinq” MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
9 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 9 saat əvvəl
-
12 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
13 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 15 saat əvvəl
-
15 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
15 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
16 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
16 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























