Mərkəzi Bankın sədri Dünya Bankının vitse-prezidentilə görüşüb
Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında videoformatda görüş keçirilib.
Mərkəzi Bankın yaydığı məlumata görə, görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkəmiz ilə DB arasında uzunmüddətli strateji əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb. Sonra ölkədə iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən bəhs edərək bildirib ki, 2020-ci ildə bütün ölkələr kimi Azərbaycan da mürəkkəb çağırışlarla üzləşmişdir. Qlobal bazarlarda baş verən proseslər, neft qiymətlərində volatillik və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ötən il ölkəmiz üçün bütövlükdə uğurlu il olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur.
Hazırda ölkədə yeni nəsil islahatlara start verildiyi və növbəti 10 il üçün müəyyən olunmuş milli prioritetlərin DB ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üçün yeni istiqamətlər açdığı qeyd olunub. Bildirilib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına yönəlmişdir. İslahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynamışdır və əminlik ifadə olundu ki, DB strateji tərəfdaş kimi gələcəkdə də islahatların reallaşdırılmasında Azərbaycana dəstək göstərəcəkdir.
Xanım Byerde öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olmasından öz məmnunluğunu ifadə etdi. Bildirdi ki, 2020-ci il həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşmışdır. Ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq yeni iqtisadi strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəkdir. DB üçün də hazırda ən mühüm əməkdaşlıq istiqaməti yeni strategiyanın formalaşdırılmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə zəruri dəstəyin göstərilməsidir. Strategiyada müəyyənləşdirilmiş istiqamətlər DB-nin Ölkə Tərəfdaşlıq Çərçivəsinin formalaşdırılmasında da əsas kimi götürülməsi nəzərdə tutulur. Xanım Byerde qeyd etdi ki, DB Maliyyə Sektorunun Qiymətləndirilməsi və Maliyyə Sektorunun Modernizasiyası layihələri çərçivəsində Azərbaycan maliyyə sektorunun inkişafına öz töhfəsini verəcəkdir. Eyni zamanda, rəqəmsal transformasiya ilə bağlı ölkəmizə, o cümlədən Mərkəzi Banka lazımi dəstəyin göstərilməsinə hazırlıq ifadə edildi.
Görüşdə Mərkəzi Bank ilə DB arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
2 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
9 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 25 d. əvvəl
- 41 d. əvvəl
-
45 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
























