“PAŞA Bank”ın xalis mənfəəti 5 dəfədən çox artıb - SON MALİYYƏ VƏZİYYƏTİ
“PAŞA Bank” ASC 2021-ci ilin ilk rübünü 18 milyon 786 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə çoxdur. Bank ötən ilin 1-ci rübünü 3 milyon 480 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, PAŞA Bankın 2020-ci ilin yanvar-mart dövründə 76 milyon 713 milyon manat təşkil etmiş cəmi əməliyyat gəlirləri 2021-ci ilin yanvar – mart dövründə 86 milyon 940 min manata yüksəlib. Bankın ilk rüb faiz gəlirləri 52 milyon 14 min manatdan 63 milyon 562 min manata qalxıb, qeyri-faiz gəlirləri isə 24 milyon 699 min manatdan 23 milyon 378 min manata geriləyib.
2021-ci ilin ilk rübündə 86 milyon 940 min manat cəmi əməliyyat gəlirlərinə qarşılıq cəmi əməliyyat xərcləri 50 milyon 589 min manat təşkil edib. Qalan 36 milyon 351 min manat əməliyyat mənfəətindən 11 milyon 415 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırlıb və 6 milyon 150 min manat mənfəət vergisi ödənilib. Beləliklə, PAŞA Bank ilk rübü 18 milyon 786 min manat xalis mənfəət ilə başa vurub.
PAŞA Bank 2020-ci ili 84 milyon 252 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində PAŞA Bank 5 milyard 669 milyon 83 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda PAŞA Bank 5 milyard 513 milyon 21 min manat cəmi aktivlərə malik idi. Müştərilərə verilmiş cəmi kreditlər 2 milyard 95 milyon 34 min manatdan 2 milyard 196 milyon 616 min manata yüksəlib.
İlk rübdə PAŞA Bank qiymətli kağızlara investisiyalarını 62 milyon 260 min manat artıraraq 1 milyard 618 milyon 414 min manata çatdırıb.
Ötən ilin sonu ilə müqayisədə PAŞA Bankda depozitlər 191 milyon 247 min manat və ya 4,7% artaraq 4 milyard 206 milyon 8 min manata çatıb.
31 Mart 2021-ci il tarixində PAŞA Bank 563 milyon 673 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
9 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 9 saat əvvəl
-
12 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
13 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 15 saat əvvəl
-
15 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
15 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
16 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
16 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























