Qrant aldılar, ailə kooperativi qurdular - ZAQATALADA BÖYÜYƏN MİKROBİZNES
Lalə Qurbanəliyeva, “Zaqatala bal Evi” Ailə kooperativi
Lalə xanım Azərbaycanın dağlıq rayonlarından biri olan Zaqatalanın Yuxarı Tala kəndində yaşayır. Onun ailəsi həyat yoldaşı, 30 və 32 yaşlarında olan oğulları və onların ailə üzvlərindən ibarətdir. Təhsilinə görə Lalə xanım inşaat mühəndisidir, lakin yaşadıqları yerdə bu sahədə işlər az olduğundan o, kəndin orta məktəbində riyaziyyat müəllimi işləyir. Lalə xanımın həyat yoldaşı tanınmış arıçılardandır. İşdən sonra gəlirlərini artırmaq üçün Lalə xanım da bu işdə öz həyat yoldaşına kömək edir. Onun oğulları və onların həyat yoldaşlarının da ailənin qazanc mənbəyi olan arıçılıqda əmək payları vardır. Oğullarından biri arı pətəklərinin hazırlanması və təmiri ilə, o birisi isə balın satışı ilə məşğuldur. Ailə öz gücləri hesabına qulluq etdikləri arı ailələrinin sayını 400-ə qədər artırmışdır.
Marja-nın məlumatına görə, Lalə Qurbanəliyeva Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi haqqında məlumatı Turan Bankdan alır. Layihənin təqdim etdiyi imkanları həyat yoldaşı ilə müzakirə etdikdən sonra bu imkanı Lalə xanım və onun oğlanları üçün arıçılıq sahəsində öz işlərinə başlamalarına ola biləcək kömək kimi dəyərləndirib, hər üçü Layihədə iştirak üçün müraciət edirlər. Xoşbəxtlikdən onlar AMFA-nın təşkil etdiyi maliyyə savadlılığı, biznes planlaşdırma və kooperativlərin inkişafı mövzularına həsr edilmiş təlimlərə dəvət edilirlər. Sonra isə onlara Layihə tərəfindən daha bir dəstək göstərilir – bizneslərini inkişaf etdirmək üçün qrant ayrılır. Bu xəbər bütün ailə üzvlərini çox sevindirir.
Qrant vəsaitlərini aldıqdan sonra onlar ailə kooperativi qurdular. Arıya baxmaq tək adamın işi deyil, bu, bütün ailə üzvlərindən birgə işləməyi tələb edir. Əldə etdikləri pul vəsaitinin çox hissəsini onlar elektrik bal süzmə avadanlığına sərf etdilər, qalan hissəsinə hər oğulun adına 30 olmaqla, 60 yeni arı ailəsi və arıçılıq üçün lazım olan xüsusi geyim və avadanlıqlar aldılar. Artıq onlara məxsus olan arı ailələrinin cəmi sayı 460-a çatmışdır. Hazırda onlar bal süzmə aparatının səmərəliliyi hesabına lazım olan miqdarda balı müştərilərin tələb etdiyi vaxtda istehsal edə bilirlər. Bu isə bazarın tələbini keyfiyyətlə və vaxtında ödəməyə imkan verir.
Lalə xanım həmçinin özünün arı-terapiya fəaliyyətinin genişləndirilməsi üzərində səylə çalışır və bu işə olan həvəsinin maraqlı bir tarixçəsi var. Belə ki, o əvvəllər arıçılıqda sadəcə bir köməkçi kimi işləyirdi, lakin arada onun səhhətində uzun davam edən nasazlıq yaranır və bir neçə ay əziyyət çəkdikdən sonra arı propilisi qəbul etməklə şəfa tapır. Budan sonra Lalə xanımın arı məhsullarının müalicəvi təsirlərinə marağı artır və arı-terapiyasına ehtiyacı olan başqa adamlara da kömək etməyə böyük həvəsi yaranır. Hazırda o arı və bal məhsullarından propolis, arı südü, çiçək tozu, arı mumu və sair məhsullar hazırlayır. Ən əsası isə o, həmin məhsullardan kosmetik kremlər də hazırlayaraq, satışa çıxarır. O deyir ki, insanlar ona məsləhət üçün çox zəng edirlər və o, öz məsləhətlərini məmnuniyyətlə bölüşür. Lalə xanımın arı-terapiya sahəsində gələcəkdə həyata keçirmək üçün xeyli ideyası var.
Pandemiya Qurbanəliyevlərin biznesinə də öz müəyyən mənfi təsirini göstərib: yollar bağlı olduğundan arı pətəklərinin bal toplama sahələrinə daşınmasında müxtəlif çətinliklər yaranıb. Həmçinin balın satışında çətinliklər olub, çünki əvvəlki vaxtlara nisbətən rayonlara səfər edən xarici turist və yerli əhalinin sayı olduqca azalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, bütün ailə üzvləri həvəsdən düşməyərək balın müştərilərə çatdırılması və onlarla əlaqələrin yenidən qurulması üçün yeni yollar arayıb tapıblar. Onlar həmçinin sosial mediada hesablar yaradaraq, bal və arı məhsullarının internet üzərindən sərgilənməsi və satışını da təşkil ediblər. Bu işdə onlara Layihənin yaratdığı e-sergi.az platforması da əlavə dəstəkdir.
Ailə üzvləri öz kooperativlərinin daha da inkişaf etdirilməsi, bazar payının və məhsul çeşidlərinin daha da artırılması üçün bundan sonra da durmadan çalışacaqlar. Bütün ailə üzvləri ADSMİRRA Layihəsinə öz minnətdarlıqlarını bildirərək, xüsusi olaraq qeyd edirlər ki, bu Layihə onların həyatında yeni bir səhifə açıb.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 83 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Həmçinin oxu
Rafael Sulxayevin sehirli qidası – “Magic Food”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 46 d. əvvəl
-
48 d. əvvəl
Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq
-
1 saat əvvəl
"FINCA Azərbaycan" istiqrazları satışa çıxarılır: illik 15% gəlir
-
-
1 saat əvvəl
"Azərkosmos" 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırır
-
2 saat əvvəl
“PAŞA Bank”dan bizneslərə dəstək: Faktorinq xidmətində 50% endirim
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tekstil sənayesini əhatə edən dəstək tədbirlərinin artırılması nəzərdən keçirilir
-
2 saat əvvəl
"Fitch": ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək
-
3 saat əvvəl
20 yaşı tamam olan “Pak Xalça” rebrendinq edib, mühüm beynəlxalq əməkdaşlığa nail olub
-
3 saat əvvəl
Rəsmi idxalçı Bakıda "Li" avtomobillərinin şourumunu açdı - QİYMƏTLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan suyun idarəedilməsində böyük təcrübəsi olan şirkət ilə danışıqlar aparıb
Son Xəbərlər

Kürdəxanıda istixananın bir hissəsi yanğından mühafizə olunub, digər istixanalara keçməsinin qarşısı alınıb

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

"FINCA Azərbaycan" istiqrazları satışa çıxarılır: illik 15% gəlir

"Azərkosmos" 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırır

AFB Bank-da yeni təyinat

"Fitch": ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək

20 yaşı tamam olan “Pak Xalça” rebrendinq edib, mühüm beynəlxalq əməkdaşlığa nail olub
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan suyun idarəedilməsində böyük təcrübəsi olan şirkət ilə danışıqlar aparıb

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Rəsmi məzənnələr açıqlandı

Azərbaycan Çin şirkətilərilə notbuk, tekstil traktor və karton istehsalı üzrə anlaşdı

"Ziraat Bank Azərbaycan" 11-ci filialını açdı - ÜNVAN
