Sığorta sektorunda mövcud problemlər və həlli yolları
Müəllif: “İnsurance Consulting Service” MMC-nin direktoru Aqil Nuriyev
İlk yazıda sığorta sektorunun problemlərindən bəhs etdik. Göstərilən münasibət və diqqətdən də aydın oldu ki, həqiqətən də sektorda kifayət qədər problem var və əvvəlki nəzarət qurumları tərəfindən diqqətdən kənarda qalmışdır.
"İnsurance Consulting Service" MMC olaraq təsis edilərkən həm nəzarət qurumu ilə koordinasiyalı şəkildə, həm də müştərilərin problem yaşadığı məsələlərdə fundamental əsaslarda sığorta sektoruna dəstək vermək, bu sahədə inkişaf tendensiyasına töhfə vermək, o cümlədən müştərilərimizin dar gün dostu olmağı qərarlaşdırdıq.
Bu yazımızda sektorun problemlərinə əlavələri və həll yollarını göstərməyə çalışacağıq.
Bu dəfə də ilkin yazıda olduğu kimi 2 istiqamətdə münasibət bildirəcəyik.
1) İcbari növlər üzrə problem və həllər
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bonus-malus sisteminin düzgün işləməməsinin səbəbi elektron-informasiya sisteminin təkmil olmamasıdır. Bir şəxsin fin kodu ilə 5 avtomobil üzrə sığorta müqaviləsi yazıla bilir. Lakin sistem görmür ki, bu 5 nəqliyyat vasitəsi ilə vətəndaşın bağlılığı haradadır. Şəxsin fin kodundan xəbəri olmadan istifadə edib sığorta müqaviləsi bağlamaq mümkündür. Daha sonra şəxs yol-nəqliyyat hadisəsi zamanı xəbəri olmadan bağlanmış müqavilə üzrə idarə edilən avtomobillə toqquşub zərərçəkmiş olsa, üçüncü şəxs kimi tanınmır, ödəniş almır, hətta sistemə daxil edilsə, sığorta haqqında da artım yazıla bilir. Bu səbəbdən də daha sərt və təkmil sistemə zərurət var. Eyni zamanda bu sistem digər icbari növlər üçün də yaradılmalıdır.
- Daşınmaz əmlakın icbari sığortası üzrə bu gün evi qəzalı vəziyyətdə olan şəxs rahatlıqla evini sığorta etdirə bilir. Hətta 2019-cu ilin sonlarında bəzi "işbaz"ların cərimə qorxutma oyunu nəticəsində bu növ üzrə sığortalanma artsa da, nəyi, necə sığortalamağı, hadisə olanda necə tənzimləməyi bilməyən şirkətlərin süründürməçiliyə gətirən fəaliyyəti növə inamın azalmasına səbəb olur. Sığortalanmış əmlaklarla bağlı sığortaçılardan əmlakın sığortalanma gününə olan vəziyyəti barədə məlumat tələb olunsa, demək olar ki, 90% müqavilələrin sığorta riskini qiymətləndirmədən tərtib edildiyi aşkar edilər. Bu növ üzrə sərt qaydalara, informasiya sisteminin yenilənməsinə və normativ bazanın təkmilləşdirilməsinə ehtiyac var.
- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə yenə də informasiya sisteminin qeyri-təkmil olması bu növün inkişafına mane olur. Hüquqi şəxslərin daşınmaz əmlakları ötən illərdə baş verən yanğınlar zamanı zərərə uğradığı kimi həmin yanğınlar nəticəsində üçüncü şəxslərin də əmlaklarına zərər dəymişdi. Lakin bu növün tətbiq edilməsindəki problemlər həmin zərərləri ödəmək üçün sığorta müqaviləsinin bağlanmadığını göstərdi.
Digər icbari növlər üzrə isə növbəti yazı və çıxışlarımızda məlumat verməyə çalışacağıq.
2) Könüllü növlər
- Hələ də nağd qaydada sığorta haqlarının toplanmasını, rahatlıqla sığorta ödənişindən imtina verməyi mümkün edən sığortaçıların Maliyyə Nazirliyi dövründə təsdiqlənən qaydaları mütləq yenilənməlidir. Çünkü bu qaydalar hazırki situasiyada beynəlxalq layihələrdə sığorta şirkətlərinin tenderlərdən kənarda qalmasına, könüllü növlərə marağın azalmasına və müştərilərin sığorta anlayışına nifrətlə baxmasına səbəb olur.
- 2014-cü ildə təsdiqlənən və bütün sığortaçılar üçün məcburi sayılan Maliyyə Nazirliyinin könüllü qaydaları yeni tələblərə və funksionallığa uyğunlaşdırılmalıdır. Dövlət İpoteka Fondu və Mənzil İnşaatı Dövlət Agentliyinin şərtləri ilə ev alan şəxslər həmin qaydalara uyğun könüllü (lakin ev almaq üçün tələb kimi çıxış etdiyindən bir növ icbari) həyat sığortası etdirməli olsalar da, müqavilə bağlayarkən ev ala bilmək üçün hər bir sənədə imza atdıqlarından xəstəlikləri barədə səhv məlumat verməyə (bilmədən) məcbur olur. Bu isə ölüm halında qalan borcun bağlanmamasına gətirir. Həmçinin əksər müqavilələr heç də şəxsin kredit götürdüyü məbləğ həcmində təminat vermir. Əksinə 100 minlik kredit götürən şəxsin 2 min manatlıq təminatla sığortalanması da mövcud qaydaların vətəndaşlar üçün faydalı olmamasını deməyə imkan verir.
İstər icbari, istərsə də könüllü növlər üzrə əmlaka dəymiş zərərlərin tənzimlənməsində digər mühüm problem müstəqil ekspert problemidir. Ekspertlərin seçilməsi proseduru çox bəsitdir. Belə ki, sığorta şirkətinin əməkdaşı müstəqil ekspert statusunu asanlıqla əldə edə bilər. Zərərlə bağlı problem yaşayan vətəndaş isə müstəqil ekspertin zərəri qiymətləndirməsi üçün müraciət etdikdə şirkətin əməkdaşının ekspert kimi cəlb edilməsindən qurtula bilmir. Bu kimi səbəblərdən də ekspertlərin seçiminə diqqət artırılmalı, köhnə və problemli qaydalar dəyişməlidir.
Sığorta sektoru üzrə problemləri "həll edən" və nümayəndəlik institutunu təmsil edən köhnə sığorta əməkdaşları (vaxtilə müştəriləri incitməklə məşğul olan) tərəfindən bu problemlərin həllinə çalışmaq daha faydalı olardı. Görünən odur ki, problemlərin həlli üçün təkliflər vermək deyil, tənqid etmək əsas məqsəd olduğu üçün sığorta sektorunda problemlər hələ də qalmaqdadır.
Yekunda isə qeyd edək ki, "İnsurance Consulting Service" MMC olaraq müştəriləmizin problemlərinə daha diqqətlə yanaşdığımız üçün Milli Məclisə də təkliflərimizi təqdim edəcəyik.
Müştərilərin xəbərləri
Bank Respublika və “Bank of China” saziş imzaladı - Müştərilər Çin ilə rahat bank əməliyyatları apara biləcək
Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 28 d. əvvəl
-
39 d. əvvəl
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
-
2 saat əvvəl
İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Bakıda daha bir KFC restoranı açılacaq
Dövlət Neft Fondu və “Brookfield Asset Management” niyyət protokolu imzaladı - 1,4 milyard kapital qoyuluşu
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib
Bank Respublika və “Bank of China” saziş imzaladı - Müştərilər Çin ilə rahat bank əməliyyatları apara biləcək
Azərbaycana avtomobil idxalında rekord
Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib
Tramp Davosa gedərkən təyyarədə texniki problem yaranıb
Rəsmi məzənnələr açıqlandı



















