Lirə və Bitkoin daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ
EUR/USD və GBP/USD məzənnələrində müşahidə edilən son bahalaşma dalğasının müvafiq olaraq 1.22 və 1.39$-da güclü müqavimətlə rastlaşacağı ehtimal edilir. Bazarlarda növbəti istiqamət isə gələcək günlərdə açıqlanacaq fundamental göstəricilər və baş verəcək siyasi hadisələrdən asılı olacaqdır. Qızılda bahalaşma davam edərkən, lirə 6.88, Bitkoin 54100$-a kimi bahalaşa bilər.
Foreks bazarlarında dolların ucuzlaşması dinamikasında zəifləmə müşahidə edilir. Bunun əsas səbəbi bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikadan açıqlanacaq inflyasiya göstəriciləri fonunda investorların ehtiyatlı davranmalarıdır. Baza inflyasiyanın 1.6%-dən 1.5%-ə düşəcəyi proqnozları da artıq dollar indeksinin 92 punktdan cari 90 səviyyələrə kimi ucuzlaşmasında əks olunub. Lakin göstərici proqnozlaşdırılandan yaxşı dərc edilərsə, bu, dolların yenidən bahalaşmasına, avro və funtun ucuzlaşmasına səbəb ola bilər. Proqnozların altında dərc edilən göstərici isə dolları daha aşağı dəstək səviyyələrinə kimi ucuzlaşmasına təsir edə bilər.
Bununla yanaşı, Amerikada hökümətin planlaşdırdığı 1.9 trilyon dollarlıq iqtisadi yardım paketinin inflyasiyanın çox artmasına səbəb olacağı qənaəti də, FED-in faiz artımı siyasəti fonunda ehtimalları da artırır. Bu istiqamətdə hazırda prezident Co Bayden Respublikaçıların güclü müqaviməti ilə rastlaşır. Demokratlar paketi büdcədən dəyişikliklə qəbul etməyi planlaşdırsalar da, bunun ildə yalnız bir dəfə edə biləcəklərini bildikləri üçün Respublikaçılar ilə danışıqları davam etdirirlər. Beləliklə buradaki gedişatlar da investorların diqqət mərkəzindədir və danışıqların nəticiləri də birjada öz əksini tapacaqdır.
Dünyada borc siyasətinin öndə gedən ölkəsi Amerikada, siyasi cəbhələr arasında mübarizənin kəskinləşməsi və dollarda ucuzlaşma özünü əlvan metallar bazarlarında qızılın bahalaşmasında da göstərir. Qızılın bir unsiya üzrə qiyməti son günlər 4%-ə kimi dəyər qazanaraq, hazırda 1845$-a ticarət edilir.
Türkiyədə USD/TRY məzənnəsi 7.14TL-də müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşıb və 6.96 və 6.88TL dəstək səviyyələri də treyderlərin diqqət mərkəzindədir. Kriptovalyuta birjalarında isə Bitkoin 48181$-a kimi dəyər qazandıqdan sonra korreksiya edib və növbəti ən yaxın müqavimət səviyyəsi isə 54100$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
3 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
3 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
3 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
4 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir












.png)










