Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb

“Araz” həm gənclərin, həm də qadınların məşğulluğuna töhfəsinə görə mükafat aldı
iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda iki nominasiya üzrə mükafata layiq görülüb.

Şirkət “Gənclərin məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” və “Qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” nominasiyaları üzrə təltif edilib.

 

Ölkəmizdə ilk dəfə təşkil olunan forumun əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında məşğulluq sahəsində əməkdaşlığı gücləndirmək, əmək bazarının aktual məsələlərini müzakirə etmək, yeni tərəfdaşlıq imkanları yaratmaq və biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını artırmaq olub.

 

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə həyata keçirilən sosial islahatlar, məşğulluq siyasətinin inkişafı və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

 

 

 

 

 “Araz” supermarketlər şəbəkəsinin iki nominasiya üzrə təltif edilməsi şirkətin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi istiqamətində fəaliyyətinin qiymətləndirilməsinin göstəricisidir. Şirkət sosial məsuliyyət prinsiplərinə əsaslanaraq müxtəlif sosial qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə, gənclərin əmək bazarına inteqrasiyasına və qadınların məşğulluğunun təşviqinə xüsusi önəm verir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək inklüziv iş mühitinin formalaşdırılmasına və bərabər məşğulluq imkanlarının dəstəklənməsinə töhfə verməyi hədəfləyir.

“Araz” supermarketlər şəbəkəsi “Araz” supermarket mükafatları Veysəloğlu Şirkətlər Qrupu Dövlət-Biznes Əməkdaşlığı Forumu Dövlət Məşğulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Anar Əliyev gənclərin məşğulluğu qadınların məşğulluğu Azərbaycanda əmək bazarı bərabər məşğulluq imkanları inklüziv iş mühiti
20.11.2026 09:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19