Azərbaycanda pambıq sahələrinin güzəştli sığortası başlayıb - ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə pambıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Hazırda pambıq Azərbaycanın əksər rayonlarında, xüsusilə Aran və Qarabağ bölgəsində - Saatlı, Sabirabad, Bərdə, İmişli, Amğabədi, Beyləqan, Biləsuvar, Neftçala və digər bölgələrdə əlilir. Pambıq sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün pambığın 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, pambığın bir hektar üçün məhsuldarlıq norması 1-54,3 sentner arasında, qiymət isə 50-65 manat/sentner arasında müəyyən edilib.
Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
| Məhsuldarlıq (Sentner/ha) | Qiymət (AZN/ Sentner) |
Minimum | 1 | 50 |
Maksimum | 54,3 | 65 |
Pambıq sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:
Misal: Saatlıda (Aran regionu) əkin sahəsi – 6 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 20 sentner, 1 sentner məhsulun bazar qiyməti 60 manat olduqda
Sığorta məbləği = 6 x 20 x 60 = 7200 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində pambığın sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər.
Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf pambıq dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:
· dolu;
· yanğın;
· zəlzələ;
· torpaq sürüşməsi;
· qasırğa;
· fırtına;
· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat
2-ci sığorta zərfi
İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf pambığı bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər:
· bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
Bu sığorta zərflərinin seçilməsi fermer və ya pambıq sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.
Pambıq sahəsinin sığortalanması üçün tariflər və sığorta haqları
Pambığın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
| 1-ci (baza) sığorta zərfi | 2-ci sığorta zərfi |
İqtisadi rayonlar | · dolu; · yanğın; · zəlzələ; · torpaq sürüşməsi; · qasırğa; · fırtına; · üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat | · bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat |
Azadolma | 10 % | 30% |
Gəncə-Qazax | 2,91% | 2% |
Aran | 0,95% | 2% |
Quba-Xaçmaz | 0,79% | 2% |
Şəki-Zaqatala | 1,93% | 2% |
Dağlıq Şirvan | 1,35% | 2% |
Lənkəran | 0,79% | 2% |
Abşeron | 0,79% | 2% |
Yuxarı Qarabağ | 1,18% | 2% |
Göründüyü kimi, pambəğın sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Pambıq bitkisinin geniş əklildiyi Aran zonasında da tariflər 1%-dən də aşağıdır
Ayrı-ayrı bölgələrdə pambıq sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:
Misal: Bərdədə (Aran regionu) əkin sahəsi – 10 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 20 sentner, 1 sentner məhsulun bazar qiyməti 60 manat olduqda
Sığorta haqqı = 1 2000 manat X 0,95% = 114 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 12 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 57 manat və ya hər hektara cəmi 5,7 manat ödəyir.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fermerlərə sığorta haqqı güzəştləri
Pambıq sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.
Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Pambıq sahələrinin sığortalanması üçün müraciətlər başlayıb
Aqrar Sığorta Fondundan verilən məlumata görə, pambıq sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları pambıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 20-dək davam edəcək.
Aprelin 20-dək edilən müraciətlərdə pambıq sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Aprelin 20-dən mayın 20-dək olan dövrdə edilən müraciətlər zamanı isə pambıq sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.
Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 saat sonra
-
- 2 saat sonra
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
