2 investor “AGBank”dan çıxdı

“AGBank” ASC-nin 85 səhmdarından 2-si payını satıb.
Bu barədə Banka istinadən xəbər verilir.
Məlumata görə, onların payını “AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Çingiz Əsədullayev alıb. Son nəticədə onun Bankdakı payı 31,68%-dən 33,57%-ə yüksəlib.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır.
1-Cİ RÜBDƏ DƏ ZƏRƏR AÇIQLAMIŞDI
Xəbər verdiyimiz kimi, 2016-cı ilin yekunları üzrə 35 milyon 630 min manat zərər açıqlamış “AGBank” ASC, 2017-ci ilin 1-ci rübünü 1 milyon 807 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2016-cı ilin 1-ci rübündə 6 milyon 628 min manat zərər etmişdi. Beləliklə, rüblük müqayisədə Bankın zərəri 3,7 dəfə azalıb.
GƏLİRLƏRİ 2 DƏFƏYƏ YAXIN AZALIB
“Marja” Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə bankın ümumi gəlirləri 13 milyon 484 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 477 min manat, qeyri-faiz gəlirləri 7 milyon 7 min manat təşkil edib. Diqqəti cəlb edən, “AGBank”ın qeyri-faiz gəlirlərinin faiz gəlirlərindən çox olmasıdır.
Birinci rübdə Bank 13 milyon 484 min manat gəliri əldə etmək üçün 14 milyon 873 min manat xərc çəkib. Nəticədə Bankın 1 milyon 389 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 343,55 min manatın ayırılması Bankın zərərini daha da artırıb. AGBank 2016-cı ilin birinci rübündə ehtiyatlara 4 milyon 182 min manat, ötən il ərzində isə 36 milyon 970 min manat ayırmışdı. Ayırmaların azalması itmək ehtimalı yüksək olan kredit və depozitlərin artım tempinin azaldığına işarədir.
Qeyd edək ki, 2016-cı ilin 1-ci rübündə “AGBank”ın cəmi gəlirləri 26 milyon 47 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 897 min manat, qeyri-faiz gəlirləri 13 milyon 150 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə Bankın cəmi gəlirləri 1,9 dəfə azalıb.
AKTİVLƏR VƏ KAPİTALI AZALIB
31 Mart 2017-ci il tarixində “AGBank” 505 milyon 752 min manat cəmi aktivlərə, 453 milyon 513 min manat cəmi öhdəliklərə, 52 milyon 238 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 520 milyon 3 min manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik idi.
KREDİTLƏRİN YARIYA YAXINI PROBLEMLİDİR
31 Mart 2017-ci il tarixinə olan məlumata görə, müştərilərə verilmiş 287 milyon 537 min manatın 140 milyon 249,4 min manatının və 48,7%-nin ödəmə vaxtı keçib.
Bir müddət əvvəl, "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov, "İlin sonuna qədər zərər mənfəətlə əvəz oluna bilər. Aktivlərdə ciddi artım gözləmirik”, deyə mətbuata bildirmişdi.
© Report, Marja
Müştərilərin xəbərləri

“PAŞA Bank”dan yeni kampaniya: Onlayn biznes krediti üzrə 1% endirim və “Tarifim”dən dəyərli hədiyyələr
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
“AzerGold”ın qızıl sikkə və külçələrinin geri qaytarılması artıb
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Xırdalan 0.0”ın tərəfdaşlığı ilə “Baku Investment Day 2025” uğurla baş tutdu
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Britaniyanın qızıl hasilatçısı Azərbaycandakı törəmə şirkətində kadr təyinatları həyata keçirib
Son Xəbərlər

Şəkiliyevlə yanaşı bu məmurlar da saxlanılıb - Adlar

“AzerGold”ın qızıl sikkə və külçələrinin geri qaytarılması artıb

Dövlət ən iri 5 bankda 500 milyon manat depozit yerləşdirdi

Azərbaycanın İnternet provayderləri birləşdi

Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü

Mərkəzi Bank lisenziyalar ləğv edib

Britaniyanın qızıl hasilatçısı Azərbaycandakı törəmə şirkətində kadr təyinatları həyata keçirib

Dollar istiqrazlarına 52 investordan 53 sifariş oldu

Qaxda əməliyyat keçirildiyi, İcra başçısının saxlanıldığı bildirilir - "Onlar Bakıya gətirilir"

Visa" region üzrə yeni prezident təyin edib

Qızılın qiymətində rekordlardan sonra “AzerGold” gəlirində böyük artım olduğunu açıqladı

Paşinyan Türkiyədə səfərdədir

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq
