Avro daha da bahalaşa bilər
Amerikada Korona yardım qanununun prezident tərəfindən imzalanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Bunun səbəbi risk iştahının artmasıdır.
EUR/USD: ARTIM MEYLLƏRİ QORUNUR
Beləliklə, 1.22$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi də 1.23$-a kimi bahalaşa bilər. Bununla yanaşı, cari həftə ərzində Milad bayramı ilə əlaqədar dünya birjalarında ticarət aktivliyi azalacaqdır.
FUNT BAHALAŞMAQDA DAVAM EDİR
Breksit ticarət sazişinin imzalanmasından sonra funtun qiymətində bahalaşma müşahidə edilir. 1.36$-ın qırılması ilə GBP/USD məzənnəsində 1.37$-a kimi bahalaşma proqnozlaşdırılır.
NEFT 53$-A KİMİ BAHALAŞA BİLƏR
Dünya enerji bazarlarında neft hasilatının artması ilə yanaşı, tələbin də artacağı proqnozları Brent neftinin 53$-a kimi dəyər qazanmasını ehtimal etməyə əsaslar yaradır. Bunun üçün treyderlər 51.60$-ın qırılmasını gözləyirlər.
QIZILDA TƏLƏB AZALA BİLƏR
Qlobal iqtisadi risklərin azalması ehtimalları qızılın qiymətində 1900$-ın (61.1 $/qram) qırılmasını çətinləşdirə bilər. Lakin digər tərəfdən dollarda ucuzlaşma sürətlənərsə, qızılın dəstək görməsi də mümkündür. 1900$ qırılarsa, bir unsiya üzrə qiymət 1942$-a (62.4 $/qram) kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
21 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























