İsmayıllı aqrar məhsulların istehsalında önə keçir

Ölkənin hər yerində olduğu kimi, İsmayıllı rayonunda da ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması istiqamətində əməli işlər görülür. Eyni zamanda ixracyönümlü məhsulların istehsalının artırılması üçün də tədbirlər həyata keçirilir.
Ötən ildən rayonda 2 min hektar sahədə yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər həyata keçirilir. Yüksək gəlirli olduğu üçün bu sahəyə İsmayıllıda da maraq çoxdur. Rayonda bu günə qədər 573 hektar sahədə yeni fındıq bağı salınıb. Fındıq bağlarının salınması ilə əlaqədar RİH-də yaradılmış qərargah görülən işləri ciddi nəzarətdə saxlayır. Fındıq bağı salan istehsalçılara lazımi məsləhətlər də verilir. İdarə rəisinin sözlərinə görə, Topçu, Kürdmaşı, Diyallı, Qalınçaq, Aşıqbayramlı, Qalacıq inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə yeni fındıq bağlarının salınması istiqamətində görülən işlər qənaətbəxşdir.
Əhəmiyyətinə və ixracyönümlülüyünə görə seçilən sahələrdən biri də tütünçülükdür. Cari il rayon ərazisində tütün sahələrinin genişləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində 15 hektarda şum çıxarılıb və sahələrə arat suyu verilib. 15 hektar sahəni tütün şitili ilə təmin etmək üçün Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-dən “İmmune” növlü tütün toxumu gətirilib. Topçu, Təzəkənd, Qalınçaq kəndlərində yaradılan istixanalarda səpin aparılıb. Kəndlərdə tütün əkəcək istehsalçılar müəyyən edilib, məhsulun satışı üçün “İlham M” MMC ilə müqavilələr bağlanıb.
2016-cı ildən İsmayıllıda baramaçılıq sahəsi də bərpa edilib. Keçən il 896 kiloqram barama istehsal olunub. Cari ildə isə hədəf 6 tondur. Bunun üçün rayon ərazisindəki tut ağaclarının sayı müəyyənləşdirilib. Hazırda onların sayı 2500-dür ki, bu da 120 qutu barama qurdunun yemini təmin edir. Onu da qeyd edək ki, ötən ilin payızında Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Çin Xalq Respublikasından gətirilmiş tut tinglərinin 11 min ədədi İsmayıllı rayonunda əkilib. Növbəti ildə bu hesaba əlavə 70-80 qutu barama qurdu saxlamaq mümkün olacaq.
Ötən il rayonda ilk dəfə sənaye üsulu ilə 165 hektar sahədə kartof əkilmişdi. Hər hektardan 400-450 sentner məhsul yığıldı. Cari ildə isə “Aqro Master” MMC-nin xarici ölkədən gətirdiyi toxum hesabına Talıstan kəndi və İsmayıllı şəhəri ərazisində 50 hektara yaxın kartof əkilib.
Bundan əlavə, “Aqro Master” MMC özü 50, “İsmayıllı Tərəvəzləri” MMC 100 hektar sahədə kartof yetişdirir.
İsmayıllıda qeyri-ənənəvi sahələrə də maraq artmağa başlayıb. Belə ki, son illər rayonda istixanaların sayı artıb. Artıq 64 təsərrüfatda tərəvəz və çiyələk istixanaları salınıb. Hazırda həmin istixanalara şitilin köçürülməsi istiqamətində iş aparılır.
Diyallı kəndində dəyəri 120 min manat olan böyürtkən, moruq və göy qarağat giləmeyvələrinin yetişdirilməsi üçün parnik təsərrüfatı yaradılır. Toxumların Ukraynadan gətirilməsi nəzərdə tutulub.
Kürdmaşı kəndində “Buta” şirkəti tərəfindən istehsal olunan məhsulların saxlanılması üçün kamera tikilir. Burada meyvə-tərəvəz məhsullarının emalı və çeşidlənməsi də həyata keçiriləcək. Bundan başqa, kənddə 12,5 milyon manat dəyəri olan müasir aqroparkın tikintisi üçün torpaq sahəsi ayrılıb və hazırda bu istiqamətdə tədbirlər görülür.
Rayonda ənənəvi sahə hesab edilən və əhalinin əsas gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir. Təkcə bu il Kəlbənd kəndində 7, Qalınçaq kəndində 4,7 hektar sahədə intensiv meyvə bağları, Qubaxəlilli kəndi ərazisində 40 hektarda qoz bağı, Kürdmaşı kəndində “Kənd” MMC tərəfindən 25 hektarda süfrə sortlu üzüm bağı salınıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"A-Solutions EPT" şirkətinin Direktoru "M360 Eurasia 2025"də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
SON XƏBƏRLƏR
-
1 gün əvvəl
"PAŞA Bank" “Talassemiyasız həyat naminə” devizi ilə qanvermə aksiyası keçirib
-
1 gün əvvəl
"Kapital Bank"ın 30 milyonluq istiqrazlarının yerləşdirilməsi baş tutub - 55 İNVESTORDAN 57 TƏKLİF
-
1 gün əvvəl
Dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib
-
-
1 gün əvvəl
Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi – FOTO – VİDEO ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
“McDonald's Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb - FOTO
-
1 gün əvvəl
Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasına sədr seçilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
İstehsalçılar, tədarükçülər və təchizatçılardan məlumatlar tələb olunacaq - NƏZARƏT GÜCLƏNDİRİLİR
- 1 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

"Kapital Bank"ın 30 milyonluq istiqrazlarının yerləşdirilməsi baş tutub - 55 İNVESTORDAN 57 TƏKLİF

Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir
Ən çox oxunanlar

Bank Zabratda filial açdı

İstehsalçılar, tədarükçülər və təchizatçılardan məlumatlar tələb olunacaq - NƏZARƏT GÜCLƏNDİRİLİR

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
