Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigen ayırıb
Dünyada cərəyan edən koronavirus pandemiyası və son dövrdə Gürcüstanda yaranmış vəziyyət fonunda, ölkədə COVID-19 infeksiyasına yoluxmuş xəstələr üçün oksigen tədarükü məsələsi tam həllini tapıb.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Gürcüstan hökumətinin tapşırığına əsasən, Xarici İşlər Nazirliyi və ölkəmizin diplomatik nümayəndəlikləri bu məsələnin həllində fəal iştirak edirlər. Gürcüstanın Azərbaycan Respublikasındaki Səfirliyi müvafiq işləri həyata keçirdi və dost ölkəmizin hökumətinin köməkliyi ilə operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarükünə müvəffəq oldu. Gürcüstan Səfirliyi Gürcüstanın COVID klinikalarına təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırdığı və yükün öz hesabına Gürcüstana daşımasını təmin etdiyi üçün Baku Steel şirkətinə öz minnətdarlığını bildirir.
Qeyd etmək lazımdır ki, strateji tərəfdaş ölkəmizin Nazirlər Kabineti, müvafiq dövlət strukturları - İqtisadiyyat və Fövqəladə Hallar Nazirlikləri, Dəmir Yolu və Gömrük Komitəsi bu zəhmətli prosesə xüsusi töhfə vermişdirlər. Gürcüstan və Azərbaycan tərəfləri, Gürcüstanın səhiyyə sektorundakı COVID klinikalarına maye tibbi oksigen tədarükü çatışmazlığının qarşısını almaq üçün sıx əməkdaşlıq etməyə davam edirlər. Yaxın gələcəkdə quru və dəmir yolu vasitəsilə Azərbaycandan Gürcüstana maye tibbi oksigen tədarükü planlaşdırılır", - məlumatda bildirilib.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
4 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 7 d. əvvəl
- 8 d. əvvəl
-
11 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 12 d. əvvəl
-
13 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 25 d. əvvəl
-
27 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
44 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar

























