Avro ilə bağlı kritik qərarlar açıqlanacaq- Gözlər Avropada
Avropa Mərkəzi Bankının (AMB), son dövrdə artan inflyasiya və yüksək iqtisadi göstəricilərə baxmayaraq bu gün keçirəcəyi iclasda faiz artıracağı və ya aylıq 60 milyard avroluq qiymətli kağız alışı proqramında dəyişiklik etməsi gözlənilmir.
"Marja" xəbər verir ki, bu gün AMB İdarə Heyəti Frankfurtdakı mərkəzində toplanacaq. Toplantının ardından Bakı vaxtı ilə saat 15:45 bankının faiz qərarları açıqlanacaqdır. AMB Sədri Mario Draghi də verilən qərarlara dair mətbuat konfransı keçirəcək.
Bankın, depzoit hesabına tətbiq edilən faiz dərəcəsini mənfi 0,40%-də saxlayacağı, uçot dərəcəsinin də dəyşdirilməyərək 0,00%-də saxlanılacağı gözlənilir.
Avro Zonasında pul siyasətini aparan AMB, regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir. Bank bu istiqamətdə hədəfinə nail olmaq üçün qiymətli kağızlar alışı proqramını və aşağı faiz siyasətini də əhatə edən bir sıra tədbirlər həyata keçirir.
AMB Sədri Mario Draghi, 2016-cı ilin Dekabr ayında keçirilmiş toplantıda, aktiv alışı proqramının Mart 2017-yə qədər aylıq 80 milyard avro olaraq davam edəcəyini, Aprel 2017-dən etibarən isə proqramın aylıq 60 milyard avro səviyyəsində Dekabr 2017-yə qədər və lazım olarsa bu tarixdən sonra da davam edəcəyini söyləmişdi.
Draghi daha əvvəlki iclaslarda, faizlərin uzun bir müddət üçün mövcud və ya daha aşağı səviyyələrdə qalması istiqamətindəki gözləntilərinin davam etdiyini vurğulamışdı.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müsbət iqtisadi göstəricilər gözləntiləri artırıb
Avro Zonasında iqtisadi canlanmanın sürətləndiyi istiqamətində çoxlu sayda siqnal var. "IHS Markit" tərəfindən 21 Apreldə yayımlanan PMI sorğusu məlumatlarına görə, Avro Bölgəsində birləşmiş PMI 6 ilin ən yüksək səviyyəsinə çatıb.
Avro Bölgəsinin ən böyük iqtisadiyyatı olan Almaniyada, İFO Biznes İqlimi İndeksi bazar proqnozundan daha güclü çıxaraq İyul 2011-dən bu yana ən yüksək səviyyəsinə çıxıb.
Sərmayəçi etimadına baxdıqda isə "Sentix İnvestor" İnam İndeksi, apreldə 23,9 bəndə çıxaraq Avqust 2007-dən bəri görülən ən yüksək səviyyəsinə çatıb.
Müsbət iqtisadi göstəricilərlə yanaşı Avro Zonası üçün narahatlıq mənbəyi olan Fransadakı seçkilərin ilk turunda Avropa tərəfdarı, Yürüş Hərəkatının lideri Emmanuel Macronun birinci yeri tutmasının ardından, investorlar, AMB-nin genişlənmə duruşunun gedişinə dair prosesləri yaxından izləyir.
Sözügedən proseslər, bazarlarda AMB-nin tədbirlərini tədricən geri çəkəcəyi istiqamətindəki ümidləri artırsa da, AMB-nin, qiymətli kağzılar alışı miqdarını daha da azaldacağı və faizləri yüksəltməyə düşünəcəyi anlamına gəlmir.
Uzun müddətdir ki, yalnız AMB-nin deyil, siyasətçilərin də Avro Bölgəsindəki iqtisadi inkişafı artırmaq üçün daha çox addım atması lazım olduğunu deyən Mario Draghi, tez-tez, daha əvvəl görülən tədbirlərin təsirini göstərməsini gözləyəcəklərini də dilə gətirir.
Draghi-nin müəyyən etdiyi 4 meyar
AMB, xüsusilə inflyasiya dinamikalarını yaxından izləyir. Avropa Statistika Ofisinin (Eurostat) yekun məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində mart ayında illik inflyasiya 1,5 faiz olaraq ölçülub. Əsas inflyasiyanın yüksəlməsinə baxmayaraq ərzaq, enerji, alkoqol və tütün qiymətlərinin daxil edilmədiyi baza inflyasiya zəif qalmaqda davam edirib. Bu vəziyyət, AMB rəsmiləri üçün bir narahatlıq mənbəyi kimi qiymətləndirilir.
AMB Sədri Draghi, inflyasiya üçün 4 meyar müəyyən etmişdir. Həmin meyarlar "əsas inflyasiyanın orta perspektivdə 2%-ə yaxın səviyyədə möhkəmlənməsi", "inflyasiyanın dayanıqlı olması və bu səviyyələrdə kifayət qədər inamla sabitləşməsi", "inflyasiyanın özü-özünü davam etdirməsi, yəni pul siyasətinin azalan dəstəyilə də qalması" və "ölçünün hər hansı bir Avro Bölgəsi ölkəsinin inflyasiyası deyil, Avro Bölgəsinin inflyasiyası olması" olaraq sıralanır.
AMB personalı, Avro Bölgəsində bu il orta hesabla 1,7%-lik inflyasiya proqnozlaşdırır. Bankın ən azı il sonuna qədər qiymətli kağız alışları tədbirlərini davam etdirməsi gözlənilir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
13 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























