PAŞA Bankın rəhbərliyi 2016-cı ilin nəticələrini açıqladılar - VİDEO
Bu gün PAŞA Bank ənənəvi mətbuat konfransını keçirib.
“Marja” xəbər verir ki, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və Baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva Bankın 2016-cı ildəki fəaliyyəti barədə ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıblar.
Bildirilib ki, PAŞA Bank Azərbaycanın maliyyə sektorunda daha da genişlənərək, korporativ müştərilər və özəl bankçılıq seqmentlərində maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan birinə çevrilməyi qarşısına məqsəd qoymuşdur. Bankın 2015-2017-ci illəri əhatə edən cari İnkişaf Strategiyanın əsas hədəflərindən biri aktivlərin yüksək keyfiyyətini saxlamaqdır. Bank mənfəət və risk arasında tarazlıq yaradaraq öz aktivlərini yüksək-likvidli və yarım-likvidli aktivlər arasında bölüşdürmüşdür.
PAŞA Bank məcmu kapitalını 487,266 min manat səviyyəsinə çatdıraraq bu göstəriciyə görə ən iri bank mövqeyini qoruyub saxlamışdır (2015-ci ildə bu rəqəm 432,489 min manat təşkil edirdi).
Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur.
31 dekabr 2016-cı ilə olan vəziyyətə, Bankın aktivlərinin ümumi həcmi AZN 3,289,845 təşkil etmişdir ki, bu, keçən ilin müvafiq dövrü üzrə göstəricilərlə (AZN2,292,739) müqayisədə 43% artım deməkdir.
Bank aktivlərinin 31 dekabr 2016-cı il tarixə olan bölgüsü aşağıdakı kimidir:
- pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 34%,
- müştərilərə verilmiş kreditlər - 34%,
- qiymətli kağızlar portfeli - 22%
- kredit təşkilatlarına verilən vəsaitlər - 8% və
- qalan hissəsi-digər uzun-müddətli və cari aktivlər
Bank ümumi portfelini 23% (AZN 1,169,607) yüksəldərək güclü kredit artımına nail olmuşdur (2015-ci ilin sonuna bu 949,848 min manat təşkil edirdi).
Portfel üzrə effektiv ehtiyat dərəcəsi 5.3% (2015 - 5%) təşkil etmişdir. Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının (BMHS) tələblərinə uyğun olaraq və kredit riskləri üzrə qabaqcıl prinsiplərin tətbiq edilməsi nəticəsində, 2016-cı ildə qeyri-işlək kreditlərin ümumi portfelə nisbəti öncəki ilin eyni dövrü ilə müqayisədə 3.82%-dən 8.25%-ə qalxdı. Bununla belə, Bank paralel olaraq qeyri işlək kreditlərə yanaşmada daha konservativ daxili metodologiya tətbiq edir və yerli normativ tələbləri nəzərə almaqla, Bankın Kredit Komitəsinin və İdarə Heyətinin ciddi nəzarəti altında saxlayır.
Bazarda tənəzzül müşahidə olunduğu dövrdə belə davamlı fəaliyyət göstərməyi və müştəriləri xidmətlərlə təmin etməyi sayəsində Bank son bir neçə il ərzində formalaşdırdığı münasibətlərdən bəhrələnməkdədir. Bunun nəticəsi olaraq, Bank 2,350,687 min manata bərabər balansı olan müştəri bazasını yaratmağa müvəffəq olmuşdur. Bu 2015-ci ilin 1,374,113 min manat göstəricisi ilə müqayisədə 71% artım deməkdir. Qeyd edilmiş müştəri bazası balansı əsasən müddətsiz və müddətli hesablar üzrə müvafiq olaraq 42% və 58% nisbətində formalaşmışdır (2015-ci ilin sonuna müvafiq olaraq 66% və 34% nisbətində).
Bankın 2016-cı ildə başa çatmış 12 ayı üzrə xalis mənfəəti 69,288 min manat təşkil etdi. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 14,383 min manat təşkil etmişdir.2015-ci ildə başa çatmış 12 ayı üzrə məcmu əməliyyat gəliri 186,499 min manat təşkil edir, bu isə 2015-ci ilin eyni dövrü üzrə əldə edilmiş 116,253 min manat ilə müqayisədə 60% artım deməkdir.
Bankın faiz gəliri 157,502 min manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 82,003 min manat olmuşdur və bunun nəticəsi olaraq Bankın ümumi əməliyyat gəlirlərində qeyri-faiz gəlirlərinin nisbəti 44% təşkil etmişdir.
Beynəlxalq maliyyə təşkilatları ilə aparılmış əhatəli danışıqlar nəticəsində PAŞA Bank daha geniş çeşidli maliyyə alətlərindən istifadə imkanını əldə etməklə öz korporativ müştərilərinə daha şaxəli ticarətin maliyyələşdirilməsi xidmətlərini təmin etməyə, iki beynəlxalq kredit agentliyinin kredit reytinqini adlıqdan sonra isə maliyyələşdirmə resursları üçün daha əlverişli şərtlər qazanmağa müvəffəq olmuşdur. Paralel olaraq, institusional səviyyədə Bank öz müştərilərinin vaxtlı-vaxtında və peşəkar xidmətləri təmin etmək potensialını gücləndirmək üçün müxtəlif növ seminar və təlim sessiyaları keçirmişdir. Sənədli əməliyyatların balansı (o cümlədən post-maliyyələşdirmə) 303,727 min manat təşkil etmişdir, 2015-ci ildə isə bu göstərici 347,134 min manat təşkil etmişdir.
Bank AMB-nin müəyyən etdiyi 20%-lik kapital tələblərinə müvafiq olaraq proqnozlaşdırılmış baza kapitalının adekvatlığı əmsalına nail olmuşdur (2015-ci ildə - 17%). Bazel II və BASEL III normativləri tamamlandıqdan sonra Bank əsas diqqəti tələb olunan kapital həcmlərinin formalaşdırılması, həmçinin kapitalın dividentlər vasitəsi ilə səhmdarlara qaytarılması üzərində cəmləşdirməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
4 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
1 saat əvvəl
Neft bir həftədə 10 faiz bahalaşıb: Nəhəng bankdan 114 dollar xəbərdarlığı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
-
20 saat əvvəl
AQTA qəfil qaraja daxil olub – Minlərlə şübhəli məhsul tapılıb
-
21 saat əvvəl
Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər
-
21 saat əvvəl
“Ferrum Kapital” illik 14%-lə 1 milyon manatlıq təminatsız istiqraz buraxır
- 21 saat əvvəl
-
22 saat əvvəl
Satış gəliri yerində sayıb, lakin xalis mənfəəti artıb - Debitor borcları risk siqnalı verir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
AQTA qəfil qaraja daxil olub – Minlərlə şübhəli məhsul tapılıb
Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər
Ən çox oxunanlar
İnvestorlar irimiqyaslı layihəyə dəvət olunurlar
Satış gəliri yerində sayıb, lakin xalis mənfəəti artıb - Debitor borcları risk siqnalı verir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
İmişlidə DOST filialı fəaliyyətə başlayıb
"Gənclik" parkı ətrafında hansı mənzillərə daha çox tələbat var?










.webp)














