Azercell-in dəstəklədiyi Azərbaycan komandası yarışmada 3 medal qazanıb
(®️) Yüksək texnologiyaların məkanı sayılan Sinqapurda təşkil olunan 32-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. 13-19 sentyabr tarixlərində baş tutan bilik yarışmasına 87 ölkədən 343 iştirakçı qatılıb. Ölkənin lider mobil operatoru Azercell Telekom-un dəstəklədiyi Azərbaycan komandasının üzvləri olimpiadada uğurlu nəticə göstərərək 3 medal əldə ediblər.
Bu beynəlxalq yarışmada Azərbaycanı dörd məktəblidən ibarət komanda təmsil edib. Onlar onlayn formatda keçirilən olimpiadaya ADA Universitetindən qoşulublar. Şagirdlərimiz olimpiadadan öncə AR Təhsil Nazirliyinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə xüsusi hazırlıq dərsləri keçiblər.
İki mərhələdən ibarət olan olimpiadanın hər günü şagirdlərə 3 alqoritmik tapşırığı həll etmək və proqramlaşdırmaq üçün 5 saat vaxt verilib. Gərgin keçən yarışma nəticəsində komanda üzvlərindən üçü - Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, AR Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan 1994-cü ildən etibarən bu mötəbər müsabiqədə təmsil olunur. Bu 25 il ərzində şagirdlərimiz 5 medal -1 gümüş, 4 bürünc medal qazanıblar. Odur ki, təkcə bu il komandamızın 3 medal əldə etməsini rekord göstərici kimi qiymətləndirmək olar.
Məktəblilərimizin bu nüfuzlu yarışmada möhtəşəm nəticə göstərməsi Azərbaycanda elm və təhsil sisteminin böyük potensialından xəbər verir. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən Azercell şirkətinin dəstəyi ilə həyata keçirilir. Builki nəticə bir daha onu təsdiqləyir ki, şirkətin Təhsil Nazirliyi və digər qurumlarla effektiv əməkdaşlığı ölkədə xüsusi istedadlı şagirdlərin aşkarlanması, onların özünütəsdiqi və inkişafı üçün lazımi şərait yaradır.
1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası bütün dünyadan iştirakçıları əhatə edən azsaylı yarışmalardan biridir. Bundan əvvəl Olimpiada Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və sair şəhərlərində keçirilib. Ötən il 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanın paytaxtında təşkil olunmuşdu. Bakıda keçirilən olimpiadada Azercell şirkəti istedadların rəqəmsal sponsoru qismində təmsil olunmuşdu. Bununla yanaşı, Azercell, həm də, yarışma iştirakçıları ilə birlikdə onları müşayiət edən nümayəndə heyətini üzvlərini mobil internetlə təmin etmişdi.
Xatırladaq ki, ölkəmizdə COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunan sosial təcrid şəraitində də Azercell müəllim və məktəblilərin yeni tədris üsullarına uyğunlaşmasına və tədris effektivliyinin artırılması məqsədilə AR Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi çərçivəsində müəllimlərə 5GB həcmində mobil internet hədiyyə edib. Eyni zamanda, qəbul imtahanları zamanı yüksək bal toplamış 10 nəfər abituriyent Azercell tərəfindən planşet və daha 300 nəfər isə “Busuu” xarici dil öyrənmə əlavəsinə pulsuz abunəlik qazandı. Bundan əlavə, şirkət aprel, iyul döyüşlərində şəhid olmuş hərbçilərin tələbə övladları üçün xüsusi Tələbə Təqaüdü, məktəbə qədəm qoyan övladları üçün isə hədiyyələr təqdim etdi.
Azercell Telekom fəaliyyəti boyunca Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olub, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına töhfəsini əsirgəməyib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
47 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























