IFC Mərkəzi Bank ilə müqavilə imzalayıb
Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası), fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə müqavilə imzalamışdır.
İFC-nin yaydığı məlumatda bildirilir ki, bu müqavilə üzrə fəaliyyət Azərbaycanın maliyyə sektorunda innovasiyaların artması və rəqabətin genişlənməsinə kömək etmək məqsədilə IFC tərəfindən həyata keçirilən davamlı səylərin tərkib hissəsidir. Fəaliyyətə rəqəmsal maliyyə xidmətləri üçün infrastrukturun yaradılması daxil olacaq və bu da öz növbəsində mənfəətliliyin artması və özəl müəssisələrin böyüməsinə dəstək verilməsinə, o cümlədən bazarın investisiya üçün açılmasına səbəb olacaqdır. Bu fəaliyyət, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır.
IFC Mərkəzi Bank ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyəcəkdir. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyəcək və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradacaqdır.
“Elektron və rəqəmsal maliyyə xidmətləri müasir maliyyə sisteminin vacib elemetləridir və pandemiya dövründə daha mühüm əhəmiyyət kəsb edir. Bizim birgə səylərimiz bu xidmətlərin inkişafını, fiziki və hüquqi şəxslərin həmin xidmətləri daha tez, yerlərini tərk etmədən əldə etmələrini dəstəkləyəcəkdir və həmçinin Azərbaycan bank sisteminin müasirləşməsinə və daha çox investisiyalar üçün açılmasına kömək edəcəkdir” – IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri cənab Yan Van Bilsen söyləyib.
Fəaliyyət bank xidmətlərinə çıxışı olmayan, xüsusilə də ölkədə bank filiallarının olmadığı ucqar yerlərdə yaşayan şəxslərin faydalanması məqsədilə həyata keçiriləcəkdir. Eyni zamanda, rəqəmsal maliyyə xidmətləri barədə məlumatlılığın artırılması və ölkədə maliyyə savadlılığının yüksəlməsinə dəstək verilməsi başlıca hədəflərdən olacaqdır.
Bu fəaliyyət, koronavirus pandemiyası dövründə mənfi təsirli çağırışlara qarşı Azərbaycan bank sisteminin daha müqavimətli olmasını dəstəkləmək istiqamətində IFC-nin səylərinin tərkib hissəsidir.
Azərbaycan 1995 ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC, ölkəyə 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində investisiya qoymuşdur. Bu maliyyə Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə sərf edilmişdir. Bundan əlavə, IFC, ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dollar ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) –Dünya Bankı Qrupunun üzvü – inkişafda olan iqtisadiyyatlarda özəl sektora istiqamətlənmiş ən iri inkişaf təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 d. əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
-
-
14 d. əvvəl
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
-
31 d. əvvəl
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
-
37 d. əvvəl
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
-
43 d. əvvəl
Rəqabət orqanı Regional Su Meliorasiya Xidmətində araşdırma aparır
-
49 d. əvvəl
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"N.Nərimanov" metrosu yaxınlığında, faizsiz kreditlə, premium mənzillər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
Ən çox oxunanlar
"Azərişıq" barəsində iş açılıb
Rusiyada Çin şirkətlərinin sayı 5 ildə 10 dəfə artıb
"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"
"Rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir"
“Prime Cotton” şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub
Martın 11-də gözlənilən hava şəraiti





















