Şirkətlər səhmdar cəmiyyət kimi fəaliyyətə niyə maraq göstərmir?
Biznes subyektlərinin fəaliyyətində müxtəlif hüquqi formalar var ki, bunlardan biri də səhmdar cəmiyyətidir. Səhmdar cəmiyyət digər təşkilati-hüquqi kommersiya fəaliyyəti formaları ilə müqayisədə kapitalların birləşməsi prosesinin məhdudiyyətsizliyi, səhmdarın şəxsi riski seçməsi, kapital birləşməsinin daha davamlı formasını təqdim etməsi, qoyulmuş kapitalı asanlıqla geri qaytarmaq imkanının olması, gəlirin əldə edilməsinin bir çox formalarının mövcudluğu kimi bir sıra üstünlüklərə malikdir.
Lakin Azərbaycanda səhmdarlar müəyyən səbəblərdən ASC-dən daha çox MMC kimi fəaliyyət göstərməyə üstünlük verirlər. Məsələn, Auditorlar Palatasının 2019-cu ilə dair hesabatında həmin ildə məcburi audit subyekti olan MMC-lərin sayı 43 min 408 olaraq göstərildiyi halda, ASC-lərin sayı 1 min 163 olaraq qeyd edilib.
İqtisadçı-ekspert Cəfər İbrahimli verdiyi açıqlamada sahibkarların hüquqi forma olaraq ASC-lərə maraq göstərməməsinin səbəblərini izah edib:
“Qanunvericilikdə ASC-nin idarəedilməsi və qurulması üzrə əlavə şərtlər var. Bu şərtlərə səhmlərin emissiya olunması, yerləşdirilməsi, Milli Depozit Mərkəzində saxlanılması və digər məsələlər daxildir. Bunların isə hamısı əlavə xərc yaradır. Əvvəllər səhmdar cəmiyyətlərin fəaliyyətinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirirdi, indi isə bu səlahiyyət Mərkəzi Bankdadır. ASC-lərin qarşısında MMC-lərdən fərqli olaraq hesabatlarını təsdiq elətdirmə, hesabatlılığın açıq yönümlü olması, qanunvericiliyin tələblərinə uyğun icraçı seçilməsi və sənədləşmə məsələləri kimi tələblər var.
ASC daha çox geniş kütlələri maraqlandırdığı üçün şirkətini ASC şəklində formalaşdıran səhmdar onun şərtlərinə də qatlanmalıdır. Bu tələblərlə bağlı olaraq ASC-lərin bir qədər idarəetmə çətinliyi və xərcləri var. Bu çətinlik və ya xərcləri öhdələrinə götürmək istəməyən şirkətlər ASC kimi fəaliyyət göstərməyə çox da maraq göstərmirlər. MMC-də isə bu məsələ və problemlər yoxdur. MMC-də payların dəyişdirilməsi, kapital artımı məsələləri çox qısa bir müddətdə heç bir inzibati hesabatlılığa və ya icazəyə ehtiyac olmadan həll oluna bilir. Odur ki, şirkətlər daha çox MMC-lər kimi formalaşır. ASC-lər olduqca məhdud saydadır. Hazırda Azərbaycandakı ASC-lərin böyük əksəriyyəti dövlətin özəlləşdirməsindən sonra əmələ gələn şirkətlərdir. Bundan əlavə, Mülki Məcəlləyə dəyişiklik edilərək maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərin səhmdar cəmiyyət olma tələbi ortaya qoyuldu. 2000-ci illərdən etibarən o şirkətlər ASC-yə çevrildilər. Son dönəmdə maliyyə sektorunda ASC olmasa da, bu, yenə də qanunvericiliyin tələbi idi. Əslində? əvvəllər Azərbaycanda banklar MMC kimi qurulmuşdu”.
C.İbrahimli ASC kimi fəaliyyət göstərməyin üstünlüklərini də sadalayıb:
“Mən müəssisələrin kooparativ ideaəetmə standartlarına cavab verməsini və böyük şirkətə çevrilməsini istəyən səhmdarların çox sayda ortaqlarla bir sinerji yaradaraq ASC kim fəaliyyət göstərməsinin tərəfdarıyam. Bu mənim biznesə şəxsi baxışım və biznesi idarəetmə anlayışımdır. Nəzərə alaq ki, ASC-nin özünəməxsus müsbət tərəfləri və üstünlükləri var. Əvvəla, səhmdar cəmiyyətin səhmlərinin pay dəyişməsi və açıq bazara çıxmaqla minlərlə insanı cəlb etməsi ilə uzunmüddətli kapital cəlb etmə imkanınız daha geniş olur. ASC yaradan səhmdarın bir anda minlərlə insanın kapitalını cəlb edərək daha böyük investisiyalı şirkət formalaşdırmaq imkanı mövcuddur. MMC-də isə belə bir üstünlük yoxdur. Digər tərəfdən, iş adamı şirkətini qeyd edilən parametrlərlə idarə etdikdə ASC-nin səhmlərinin birjalarda qiyməti formalaşır və gündən-günə dəyişir.
ASC-nin səhmlərinn yaxşı idarəetmə nəticəsində çox ciddi şəkildə yüksəlməsi mümkündür. Bu isə ilkin investor və ya iş adamının düzgün idarəetmə nəticəsində səhmlərinin dəyərinin artması ilə kapital və gəlirinin artırılması üçün yaxşı variantdır. MMC-də səhmdar bu üstünlükdən də məhrum olur. MMC-də sizin payınızın qiyməti bilinmir və payınızın bazarda işləmə mexanizmi olmur. Bazarda MMC-nin paylarının qiymətini müəyyənləşdirmək çətin məsələdir. Bunu yalnız xüsusi audit və qiymətləndirmə ilə etmək mümkündür. Bir də mənə görə biznesdə səhmdar cəmiyyətin ən vacib üstünlüyü odur ki, sizin səhmlərinizin mətbuat və televiziya üzərindən reklam olunması gündə milyonlarla insanın sizin paylarınızın qiymətlərini bilməsi deməkdir. MMC-də isə belə bir reklam imkanı yoxdur. MMC ASC-dən böyük ola bilər, amma onun paylarının qiyməti barədə şirkətin saytında, birjada və ya başqa bir yerdə məlumat getmir. Amma ASC haqqında dünyanın hər yerində açıq birjalarda ciddi məlumat axını təmin olunur. Bu isə şirkətin perspektivliyini daha da artırır”.
©️ Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 12 d. əvvəl
-
- 33 d. əvvəl
-
39 d. əvvəl
AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər
-
44 d. əvvəl
Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobil bazarında qiymət indeksləri açıqlandı: Orta qiymət 30 min manatı keçib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb
Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirilib
Tehran-Bakı aviareyslərinin sayı gələn həftədən artırılacaq
Azərbaycanda 4 ayda orta illik inflyasiya 5,6 % olub
Mayın 13-nün hava proqnozu - 31° İSTİ GÖZLƏNİLİR
"Kontakt Home": Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib, çatdırılmada gecikmələr yaşana bilər
Azərbaycanda iqtisadi artım cüzi də olsa yenidən bərpa olunub
"Prior Leasing" ASC-nin 1 milyon manatlıq istiqrazları Bakı Fond Birjasında 100% yerləşdirildi
Qərbin avtomobil istehsalçısı Çin texnologiyasına güvənir və "Leapmotor" ilə əməkdaşlığını dərinləşdirir







.jpg)








.jpg)









