“Yunayted Kredit Bank”dakı əmanətlər bu tarixdən qaytarılacaq
19 aprel 2017-ci il tarixdə qorunan əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 07 avqust 2007-ci il tarixdə 27 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Yunayted Kredit Bank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 02 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktubla 02.02.2016-cı il tarixdə “Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilməsi və 02 fevral 2016-cı il tarixdə “Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verməsi Əmanətlərin Sığortalanması Fonduna bildirilmiş və Fond sığorta hadisəsi barədə KİV-də elan yerləşdirmişdir. Lakin bankın müflis elan edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 09.02.2016-cı il tarixli qərarı bankın səhmdarları tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirildiyi üçün bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestri Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməmiş və bununla əlaqədar olaraq əmanətçilərə kompensasiyaların ödənilməsinin həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.4-cü maddəsinə əsasən iştirakçı bank Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada bankda, habelə onun filial və şöbələrində hər bir əmanətçi qarşısında öhdəliklərinin ümumiləşdirilmiş uçotunu aparır və sığorta hadisəsi baş verdikdə, hər bir əmanətçi barədə məlumatları 3 iş günündən gec olmayaraq təsdiq edib Fonda təqdim edir.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarı ilə bankın müflis elan olunması barədə aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılmış və bununla da məhkəmə mübahisələri yekunlaşdırılmaqla əmanətçilərə kompensasiyaların ödənilməsi üçün mövcud olan maneələr aradan qalxmışdır.
Fond “Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə bildirir ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün bütün hazırlıq işləri Fond tərəfindən artıq başa çatdırılmışdır və bankda sığorta hadisəsinin baş verdiyi gün 02 fevral 2016-cı il tarixi hesab olunduğu üçün həmin dövrdə qüvvədə olan əmanətlərin sığortalanması şərtlərinə uyğun olaraq 19 aprel 2017-ci il tarixdə qorunan əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq.
Kompensasiya almaq üçün qorunan əmanətçilər 19 aprel 2017-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən: www.adif.az əldə edə bilər, Fondla 131/ 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
10 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
10 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
-
11 saat əvvəl
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda 15 faiz gəlirli istiqrazlar tam satıldı – 51 investor iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Ən çox oxunanlar
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















