Sənaye Parkının 10-cu rezidentinə şəhadətnamə təqdim edildi
Aprelin 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və SOCAR-ın təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 50-dən çox sahibkar iştirak edib.
Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev investisiya təşviqi mexanizminin yaradılması nəticəsində qısa müddətdə 130 layihəyə investisiya təşviqi sənədinin verildiyini qeyd edib. Bu layihələrin 62%-i sənaye sahəsinə aiddir və onların reallaşması nəticəsində ölkə iqtisadiyyatına 1,25 milyard manatdan çox investisiya qoyulacaq və 8 mindən çox yeni iş yeri açılacaq.
Nazir Şahin Mustafayev qeyd edib ki, dövlət başçısının müvafiq Fərman və Sərəncamları ilə yaradılmış Sumqayıt Kimya, Balaxanı, Qaradağ sənaye parkları artıq fəaliyyət göstərir və bu parklara rezidentlər cəlb olunaraq onların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur və güzəştli rejim yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkı ərazisinin genişliyinə, rezidentlərin sayına, investisiya qoyuluşuna, istehsal ediləcək məhsulun çeşidi və həcminə görə ən böyük sənaye parkıdır. Parkın artıq 10 rezidenti var. Sənaye Parkında rezidentlər tərəfindən bu il 5, gələn il isə 2 müəssisisə istifadəyə veriləcək və bu müəssisələr idxalı əvəz edən və ixracyönümlü məhsullar istehsal edəcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ən böyük layihələrindən biri olan "SOCAR Polymer"in icra vəziyyətinin daima ölkə başçısının nəzarətində olduğunu qeyd edən nazir “SOCAR Polimer” layihəsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, “SOCAR Polymer” MMC-nin istehsalı olan polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin, kiçik və orta sahibkarlığın xammala olan tələbatını ödəyəcək və onların inkişafına stimul verəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək. Qeyd olunub ki, dövlət başçısının tapşırığına əsasən, bu müəssisənin istehsal edəcəyi məhsullardan istifadə etməklə yeni zavod və fabriklərin, istehsal sahələrinin yaradılması məqsədilə sahibkarlar arasında geniş təbliğat işləri aparılmalı, iş adamları “SOCAR Polymer”in məhsulları ilə tanış edilməlidir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Polymer” layihəsinin əhəmiyyəti barədə məlumat verərək, müəssisənin ölkədə digər sənaye sahələrinin inkişafına təkan verəcəyini vurğulayıb. Layihənin Azərbaycanda sahibkarlığın inkişafına töhfə olduğunu, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin layihəyə cəlb edildiyini diqqətə çatdıran SOCAR prezidenti burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının yerli şirkətlər tərəfindən ölkəmizdə son istehlak malları istehsal edilməsinə yaradacağı imkanlardan bəhs edib. Qeyd olunub ki, zavod istismara verildikdən sonra qeyri-neft sənayesinin ən iri və aparıcı müəssisələrindən olacaqdır. “SOCAR Polymer”in istehsal edəcəyi məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, ölkənin ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcəkdir.
“Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev qurumun fəaliyyəti və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov parkda yaradılan şərait, sahibkarların səmərəli fəaliyyəti üçün qurulan infrastruktur, tətbiq olunan güzəştlər və rezidentlər haqqında danışıb.
“SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov bildirib ki, müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. Şirkətin 2018-ci ilin əvvəlinə illik istehsal gücü 180 min ton polipropilen olan və ildə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal etmək gücündə olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur. Bu məhsullar üçün xammal olaraq “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaqdır. Qeyd olunub ki, hazırda zavodun tikintisində 1500-ə yaxın işçi çalışır. Müəssisə fəaliyyətə başladıqdan sonra isə 300 nəfər daimi işlə təmin olunacaqdır.
Tədbirdə sahibkarlarla “SOCAR Polymer”in istehsal edəcəyi məhsullardan istifadə imkanlarına dair müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Tədbirdə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının yeni 10-cu rezidenti “STDC” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)







