Yaponiya şirkəti Azərbaycanda tütün əkib, siqaret istehsal edəcək - “Made in Azerbaijan, Desighned by Japan”
Yaponiyanın paytaxtı Tokioda Azərbaycan məhsullarının tanıtımı məqsədilə “Azerbaijan Shop” adlı mərkəzin açılışı planlaşdırılır.
“Tet International Development” şirkəti “Azərbaycan Sənaye Korporasiyası”na “Made in Azerbaijan, Desighned by Japan” ticarət nişanı adı ilə tütün məhsullarının istehsalı təklifini irəli sürüb
“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən (ASK) bildirilib ki, ASC-nin baş direktoru Kamran Nəbizadə və Yaponiyanın “Tet International Development” şirkətinin prezidenti və icraçı direktoru Taro Savadanın başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
2017-ci ildən Azərbaycanda əsasən kənd təsərrüfatı üzrə bir sıra maraqlı layihələrə imza atan “Tet International Development” şirkəti tərəfindən 2019-cu ildə Oğuz rayonunda investisiya yatırımı həyata keçirilərək tütünqurutma məntəqəsinin tikintisi işlərinə başlanılıb və 50 ədəd tütünqurutma kamerası alınaraq məntəqədə quraşıdırılıb. Yaxın gələcəkdə isə daha 100-200 ədəd tütünqurutma kamerasının alınması, quraşdırılması, eləcə də Şəki, Qax, Zaqatala və Balakən rayonlarında da tütün istehsalı və emalı üzrə fəaliyyət göstərilməsi planlaşdırılır.
Məlumatda qeyd edilib ki, Azərbaycanda 5 min hektar ərazidə tütün əkininin təşkilini hədəf seçən Yaponiya şirkəti birgə əməkdaşlığın davamı olaraq yaxın gələcəkdə “Made in Azerbaijan, Desighned by Japan” ticarət nişanı adı ilə tütün məhsullarının istehsalı təklifini də irəli sürüb. Dünyanın aparıcı siqaret istehsalçıları olan şirkətlər ilə əməkdaşlıq edən “Tet International Development”in nümayəndələri Azərbaycanda tütünün əkindən başlayaraq məhsulun istehsalı və satışı da daxil olmaqla bütün mərhələlərində birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Görüş zamanı qeyd olunub ki, investisiya yatırımı, peşəkar kadr, nou-hou texnologiyaların tətbiqi və menecment işinin təşkili baxımından əhəmiyyət daşıyan bu əməkdaşlıq tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olunmasında bir sıra istiqamətlərin müəyyənləşdirilməsinə təkan verəcək.
Korporasiyanın baş direktoru K.Nəbizadə hər iki qurum arasında iş birliyinin qurulması və uzunmüddətli əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətin vacibliyini və əhəmiyyətini vurğulayıb. Baş direktor qeyd edib ki, bu qəbildən olan görüşlər qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərir.
Görüşdə korporasiyanın “Strateji inkişaf və kommersiya”, eləcə də “Aqrar istehsalat və ticarət” departamentinin nümayəndələri və “Tet International Development” şirkətinin vitse-prezidenti Muneçika Tanio iştirak edib. Görüş zamanı birgə əməkdaşlığın davamı olaraq Tokioda Azərbaycan məhsullarının tanıtımı məqsədilə “Azerbaijan Shop” adı ilə mərkəzin açılışı da müzakirə mövzusu olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 d. əvvəl
"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®
-
21 d. əvvəl
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
15 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Ən çox oxunanlar
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır























