Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası məsələsinə aydınlıq gətirib

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhali arasında yaranan təşvişə aydınlıq gətirib.
AMB-dən bildirilib ki, 2019-cu ildə ölkədə baş vermiş irihəcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin sığorta mexanizmi vasitəsilə ödənilməsi, bu sahədə dövlət yükünün azaldılması məqsədilə Qanunun icrasına tam nəzarət və tətbiqi üçün Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təbliğat və təşviqat işləri aparılır, bununla da 2020-ci ildən başlayaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə "Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı" (Tədbirlər Planı) təsdiq edilib.
"Tədbirlər Planında sığortalanma prosesinin sadələşdirilməsi, penetrasiyanın artırılması və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədilə aidiyyəti qurumların elektron informasiya sistemlərinin İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemi ilə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada alınmasının təmin edilməsi elektron informasiya sistemlərinin inteqrasiyası ilə həyata keçiriləcək. Həmçinin müvafiq sığorta növü üzrə elektron informasiya sistemlərinin inteqrasiyasının və sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub", - deyə AMB-dən bildirilib.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən etibarən qanunla nəzərdə tutulsa da, indiyədək bir cərimə belə tətbiq edilməyib. Cərimə mexanizminin bu il yanvarın 1-dən işləməsi ilə bağlı əhali arasında ajiotaj yaranıb ki, sığorta şirkətləri də bundan faydalanmaq istəyirlər. Hazırkı qanuna əsasən, yaşayış evlərinin sığortalanmasına nəzarət edən qurum - yerli icra hakimiyyəti orqanları indiyədək belə bir təcrübələrinin olmadığını, cərimələnmə mexanizmi və hər hansı yenilikdən məlumatsız olduqlarını deyirlər.
Deputat Vahid Əhmədov məsələni şərh edərək bildirib ki, bu işin indi həyat keçirilməsinə başlanılması güman ki, yanğın və fəlakətlərin çox olması ilə əlaqədardır.
“Dövlət bunların hamısını ödəmək iqtidarında deyil. Ola bilər ki, 1-1,5 il müəyyən çətinlik olsun, ancaq sonra əhali buna alışacaq", - deyə V. Əhmədov qeyd edib.
Sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki, əhali arasında ajiotaj İSB-nin daşınmaz əmlakın icbari sığortasının elektronlaşdırılması ilə bağlı açıqlamasından sonra başlayıb. Belə ki, sığorta şirkətləri Büronun bu sığorta növünün elektronlaşması ilə bağlı açıqlamasından istifadə edərək biznes qurmaq, pul qazanmaq istəyir: "İSB ötən il məlumat verdi ki, elektronlaşmaya start verilib, İSB və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi arasında məlumat bazası inteqrasiya olunacaq və inteqrasiya ilin sonuna yekunlaşacaq. Daha sonra cərimələrin tətbiqi asanlaşacaq. Burdan da əhali belə nəticə çıxardı ki, deməli, 2020-ci ildən cərimələnəcəklər. Şirkətlər də bu açıqlamadan istifadə edərək qanundan çıxarışlar edib yaymağa başladı".
Ekspertin sözlərinə görə, cərimənin tətbiqi hazırda mümkün deyil. Qanunun tətbiqi haqqında Azərbaycan Prezidentinin Fərmanı ilə hüquqi şəxslərin qeyri-yaşayış sahələrinə FHN, yaşayış sahələrinə yerli icra hakimiyyəti orqanları nəzarət etməlidir: “Onlar bu qanunun qəbulundan indiyədək cərimə ilə bağlı heç bir addım atmayıb. Bunun səbəblərindən biri də odur ki, hazırda cərimənin yazılmasının hüquqi mexanizmi (protokol, onun tətbiqi qaydası və s.) yoxdur. Ancaq elektronlaşma olduqdan sonra yenə də nəzarət mexanizmi belə qalsa, o zaman qanunda cərimələrin elektron tətbiqi ilə bağlı dəyişiklik etmək olar. Sonra da yerli icra hakimiyyəti orqanlarına İSB-nin elektron sisteminə girişi imkanı verilməlidir. Bundan sonra cərimələr mümkündür. Hazırda onların bu məlumatlara giriş imkanı da yoxdur. Ancaq qapı-qapı yoxlaya bilirlər.
Ona görə də elektronlaşmanın tətbiqini gözləmək lazım olacaq. Bu isə çox çətin məsələdir. Çünki Bakıda və Abşeronda 500 mindən çox sənədsiz ev var. Bu səbəbdən elektronlaşmanın qısa müddətdə yekunlaşması qeyri-mümkündür. Bütün elektronlaşma bitməyənə kimi isə cərimə mexanizmindən söhbət gedə bilməz”.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasının nəzərdə tutulduğu "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunu 2011-ci ildə qəbul edilib. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr müəyyən edilib. Daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
İpoteka şərtləri olan yaşayış evlərinin hər birinin sənədləri olduğu üçün bu evlərin sığortası da icbaridir.
Bakı şəhərində illik 50 manat sığorta haqqına 25 min manatlıq təminat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manata 20 min manatlıq təminat, digər yaşayış məntəqələrində 30 manata 15 min manatlıq sığorta təminatı verilir.
© APA
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
3 gün sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
-
13 saat əvvəl
ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
14 saat əvvəl
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib
-
14 saat əvvəl
Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
-
15 saat əvvəl
"Avrora Qrup" Azərbaycanın ən böyük ixracatçıları siyahısındadır - 15 QAT ARTIM
-
15 saat əvvəl
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

AZCON-un icraçı direktoruna müavin təyin edilib
.jpg)
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Ən çox oxunanlar

Bakıda avtobusların sayı artırılacaq
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub

"Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər"

Sabah leysan yağacaq, güclü külək əsəcək

Banka yeni sədr təyin edilib
