Azərbaycanın rabitə operatoru "Mobil Ödəmə" xidmətini istifadəyə verdi
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti bu gündən etibarən "Mobil Ödəmə" xidməti fakturasız xətt ("SimSim") abunəçilərinin istifadəsinə verib.
8 yanvar 2020-ci il tarixindən etibarən Azercell-in PAŞA Bank və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə həyata keçirdiyi "Mobil Ödəmə" xidməti bütün fakturasız xətt (SimSim) abunəçiləri üçün mümkün olacaq.
Bu barədə “Azercel Telekom” şirkətinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin ölkədə “Rəqəmsal Ödənişlərin Genişləndirilməsini üzrə Dövlət Proqramı” ilə bağlı sərəncamına uyğun olaraq hazırlanmış yeni xidmət abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatlarını həyata keçirmək imkanı yaradacaq. İstənilən GSM smartfonunda rahat və intuitiv istifadə fürsəti yaradan "Mobil Ödəmə" xidmətindən yaralanmaq mümkündür.
Xidmətin ilk mərhələsində Azercell-in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, E-İmza, AzDataCom, Catel və Azeronline kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq.
Fakturasız xətt (SimSim) abunəçiləri bu xidmətdən Azercell-in "KABİNETİM" mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi "KABİNETİM" əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.
Əlavə etmək lazımdır ki, xidmətdən nömrənin balansında 3 AZN-dən artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 AZN məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 AZN-dən artıq olmamalıdır.
Qeyd edək ki, "Mobil Ödəmə" Xidmətinin həyata keçirilməsi üçün mobil operator və bank arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən platfroma yaxın gələcəkdə "Mobil Ödəmə" layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirərək xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradacaq.
“Mobil Ödəmə“ xidmətinin əhəmiyyətindən bəhs edərkən Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev qeyd etdi: “Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyərək biz bütün abunəçilərimizin gündəlik həyat prosesləri və biznes əməliyyatlarını asanlaşdırmaq, onları daha rahat və sürətli etmək məqsədilə innovativ məhsul çeşidlərini genişləndiririk. “Mobil Ödəmə xidməti gələcəyin rəqəmsal cəmiyyətinin qurulmasına istiqamətində atılan ən vacib addımlardan biridir.”
“Rəqəmsal” bank konsepsiyasını inkişaf etdirən PAŞA Bank son bir neçə ildə müştərilərin biznes tələbatlarını qarşılamaq üçün onlarla birgə hazırlanmış yeni onlayn məhsul və xidmətləri fəal şəkildə bazarda tətbiq etməyə başlayıb. Ölkədə nağdsız ödənişlərin həcminin artmasına əhəmiyyətli töhfə verəcək bu xidmət, müştərilər arasında yüksək tələbatlı maliyyə alətinə çevriləcək. Aparıcı banklarından biri olan PAŞA Bank müştərilərin mobil maliyyə xidmətlərinə tələbatını tam şəkildə qarşılayaraq, Azərbaycanda bu xidmətlərin inkişafına öz töhfəsini verəcək " – deyə, PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya direktoru Cavid Quliyev bildirib.
"Mobil Ödəmə" Xidməti bank və mobil şəbəkələrin birləşməsindən istifadə edərək maliyyə xidmətləri təklif edən rəqəmsal yanaşmadır. Bu, istifadəçilərə ənənəvi prosedurlardan keçmədən bank əməliyyatlarını asanlıqla həyata keçirməyə və yaxın gələcəkdə nəqliyyat xidmətləri, satınalmalar, balansın artırılması və digər xidmətlər üçün ödəniş etməyə imkan yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO


















