Sığorta bazarının yeni göstəriciləri açıqlandı - YIĞIM AZALIR, ÖDƏNİŞ ARTIR
9 ay ərzində Azərbaycanda sığortaçılar sığorta haqqı yığımını 8,1% azaldıblar, ödənişləri 7,9% artırıblar
2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 201.7 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568 milyon 538 min manat məbləğində sığorta haqları toplanmış, 186 milyon 911 min manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə yığımlar 46 milyon manat və ya 8,1% azalıb, ödənişlər isə 14,8 milyon manat və ya 7,9% artıb.
Palatanın məlumatında qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarı üzrə haqlar 351.7 mln. manat, ödənişlər isə 143.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170.7 mln. manat, ödənişlər isə 58.3 mln. manat olub.
2019-cu ilin yanvar-sentyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.3%-i könüllü, 32.7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.
ƏN BÖYÜK ARTIM TİBBİ SIĞORTADADIR
Qeyri-həyat sığortasının könüllü növlərində 2% və ya 3.7 mln. manat, icbari növlərində isə 7% və ya 9.1 mln. manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki , keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26% və ya 5.3 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 29% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 6% və ya 0.6 mln. manat) artım qeydə alınıb.
İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11% və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3.6 mln. manat artım), daşınmaz əmlakın icbari sığortası (21% və ya 4.9 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1.1 mln. manat artım) növləri olub.
Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29% (8.1 mln. manat) artım olub.
Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.4 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.6 mln. manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 d. əvvəl
-
51 d. əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
-
-
52 d. əvvəl
İlk 2 ayda pərakəndə ticarət şəbəkəsində satışların məbləği 10 milyard manatı aşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı
-
3 saat əvvəl
Xiaomi-nin səhmləri yenilənmiş SU7-nin təqdimatından əvvəl 5% bahalaşıb
-
3 saat əvvəl
Xüsusi karantin rejiminin müddəti uzadıldı - 1 İYULADƏK QURU SƏRHƏDLƏR BAĞLI QALACAQ
-
3 saat əvvəl
20–30 mart tarixlərində əlavə reyslər təyin ediləcək - “Azərbaycan Dəmir Yolları”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"
Ən çox oxunanlar
Xüsusi karantin rejiminin müddəti uzadıldı - 1 İYULADƏK QURU SƏRHƏDLƏR BAĞLI QALACAQ
Azərbaycan 153 ölkə arasında 80-ci yerdə olub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb






















