"AzerTelecom" şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olundu
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin birgə təşkilatçılığı ilə “Sənaye 4.0: Rəqəmsallaşma şəraitində təhsil və karyera” adlı tədbir keçirilib.
Tədbirdə tələbələrə dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma, Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “AzerTelecom” şirkəti tərəfindən icra edilən “Azerbaijan Digital Hub” proqramı və onun ölkəmiz üçün üstünlükləri, rəqəmsallaşma dövründə gənclərin təhsili və karyera seçimi barəsində faydalı fikir mübadiləsi aparılıb.
“AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxışında rəqəmsallaşma şəraitində gənclərin qarşısında mühüm imkanların açıldığını bildirib, ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi üçün “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı barəsində ətraflı danışıb. Fuad Allahverdiyev “Digital HUB” proqramının ölkə iqtisadiyyatı, xüsusilə də informasiya və kommunikasiya texnologiyaları sektorunun davamlı inkişafı üçün yaradacağı imkanlardan bəhs edib, İT sahəsi üzrə ölkədə gənc kadrlara böyük tələbatın olduğunu, “Digital HUB” proqramının əsas məqsədlərindən birinin də məhz İT sahəsində yerli kadrların yetişdirilməsi, yeni iş yerlərinin açılması, ölkədən beyin axının qarşısının alınması olduğunu qeyd edib. O ixtisaslı kadrların yetişdirilməsi üçün özəl sektorun təhsil müəssisələri ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb.
Digər çıxış edənlər - Azərbaycan Texniki Universitetinin kaferda müdiri, professor Mehman Həsənov, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Bəxtiyar Bəxtiyarov, tanınmış biznes kouç, təlimçi və həkim-psixiatr Həlimə Qəmərlinskaya, tədbirin moderatoru, kollecin müəllimi Oqtay Əliyev və insan resurslarının idarə edilməsi sahəsində digər tanınmış ekspertlər İKT sahəsində müasir trendlər, tələbələrin düzgün ixtisas seçimi mövzularında danışıblar, həmçinin kolleclə “AzerTelecom” şirkəti arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 15 d. əvvəl
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
14 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
15 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
15 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Azərbaycanda minik avtomobili istehsal 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir





















