ASA: 2019-da yeni icbari sığorta növlərinin tətbiqi üzrə işin başa çatacağını gözləmək olar
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bir neçə il kölgədə qaldıqdan sonra sığorta bazarının inkişafı, istehlakçıların bu seqmentə münasibətinin dəyişməsi məqsədi ilə 2017-2018-ci illərdə böyük işlərə imza atıb. 2019-cu ilin yanvar ayında Azər Əliyev ASA-nın yeni sədri təyin edilib. Artıq assosiasiyaya rəhbərlik təcrübəsinə malik olan A.Əliyev müsahibəsində ASA-nın 2019-cu il üçün planları, sığorta bazarının potensialı haqqında danışıb.
- Təyinatınız və assosiasiyaya qayıdışınız münasibətilə Sizi təbrik edirik. Bununla əlaqədar olaraq bu il ASA-nın fəaliyyətində hansı dəyişikliklər gözlənilir?
Təbrikə görə təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, ASA-nın fəaliyyətində heç bir ciddi dəyişiklik planlaşdırılmır. 2018-ci ildə assosiasiyanın əsas istiqamət və prioritetlərinin müəyyən edilməsi istiqamətində ciddi və maraqlı iş aparılıb. Düşünürəm ki, 2019-cu ildə biz sadəcə nəzərdə tutduğumuz istiqamətlərə uyğun fəaliyyət göstərməliyik.
- 2019-cu ildə ASA-nın fəaliyyətində hansı istiqamətlər prioritet təşkil edəcək?
Əvvəlki illərdə olduğu kimi, bu, ilk növbədə, ölkədə sığorta institutunun təbliğidir. Bu istiqamət bir neçə il ərzində sistemli və müntəzəm işin aparılmasını tələb edir. Digər istiqamət isə təhsillə bağlıdır. Assosiasiya sığorta şirkətlərinin əməkdaşlarının ixtisas və peşəkar keyfiyyətlərinin artırılması məqsədi ilə ixtisaslaşdırılmış kurs və təlimlərin təşkili üzərində fəal şəkildə işləməyə davam edəcək. Üçüncü istiqamət kimi sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işi və sığorta məhsullarının yaxşılaşdırılması və ya yaradılmasına dair tövsiyələrin hazırlanmasını qeyd etmək olar.
Əlbəttə, bütün bu işlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və İcbari Sığorta Bürosu ilə sıx əməkdaşlıqda həyata keçirilməlidir. Biz yalnız birgə səylərlə müsbət nəticələrə nail olacağıq.
- 2021-ci ilədək Azərbaycanda sığorta yığımlarının 1,6 mlrd. manata çatdırılması qarşıya məqsəd qoyulub. Bu tapşırığın icrası üçün Azərbaycanın sığorta bazarı lazımi potensiala malikdirmi? Bunun üçün hansı addımlar atılmalıdır?
Potensial, əlbəttə, var, hətta açıqlandığından daha çox. Amma ona nail olmaq üçün səbir, planauyğun iş və vaxt lazımdır. Sığortanın inkişafı, ilk növbədə, ölkə iqtisadiyyatının inkişafı ilə mümkündür.
Son illərdə dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev və onun komandasının düzgün siyasəti sayəsində hər il iqtisadi və sosial yüksəliş müşahidə edirik. Buna uyğun olaraq sığorta sahəsində çoxlu sayda yeniliklər meydana çıxır. Sığorta bazarı dinamik inkişaf edir. Bazarın illik inkişafı 10-15% təşkil edir. Son zamanlar Azərbaycanın sığorta bazarında bu rəqəmlər daha yüksəkdir. Belə ki, əgər 2017-ci ilin yanvar-oktyabr aylarını və 2018-ci ilin yanvar-oktyabr aylarını müqayisə etsək, görərik ki, bazar üzrə artım 33% təşkil edib. Təbii ki, Palatanın bu göstəricilərə təsiri danılmazdır. Əminəm ki, yuxarıda qeyd olunan müddətə sığorta sahəsində elan edilmiş rəqəmlərə nail olacağıq.
- Ötən il ASA bir sıra maraqlı təkliflərlə çıxış edib, onlardan bəziləri (mediasiya institutunun yaradılması, turistlərin icbari sığortasının, həkimlərin icbari peşə məsuliyyəti sığortasının tətbiqi və s.) hələ reallaşdırılmayıb. ASA bu layihələr üzərində işi davam etdirəcəkmi?
Mütləq. Bütün bu təşəbbüslər ölkənin sığorta bazarının təkmilləşdirilməsinə yönəlib. Onlar həm sığorta haqlarının yığım həcminin artmasına, həm də ölkə vətəndaşlarının maliyyə sahəsində daha yüksək səviyyədə qorunmasının təmin olunmasına müsbət təsir göstərəcək. Yeni və xüsusilə icbari sığorta növünün tətbiqi üçün bəzən bir ildən çox vaxt aparan son dərəcə ciddi iş tələb olunur. Ümid edirəm ki, başlanılmış təşəbbüsləri bu il tamamlaya biləcəyik.
- 2019-cu ildə ASA-dan hansı yeni təkliflər gözlənilir?
Hazırda ASA-nın 2019-cu il üçün Əməliyyat Planının hazırlanması istiqamətində işlər aparılır. Bu planda bizim əsas vəzifələrimiz öz əksini tapacaq. Plan təsdiq edildikdən sonra ictimaiyyəti yeni təkliflər barədə məlumatlandırmaq bizə daha asan olacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 16 saat sonra
- 30 d. sonra
-
23 d. əvvəl
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin ®
-
1 saat əvvəl
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
-
1 saat əvvəl
“Ayrı-ayrı deyil, Mərkəzi Avrasiya kimi çıxış etsək, daha güclü olarıq”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmək gəlirlərinə vergi üç mərhələdə artırılacaq və 7 faizə çatdırılacaq
-
2 saat əvvəl
“Roundup” məhkəmə iddialarının “Bayer” şirkətinə maliyyə yükü indiyədək 10 milyard dolları ötüb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi dəyişdi
Ən çox oxunanlar
“Roundup” məhkəmə iddialarının “Bayer” şirkətinə maliyyə yükü indiyədək 10 milyard dolları ötüb
Azərbaycanda 2,9 milyard dollarlıq layihə - 50 milyard kubmetr əlavə qaz hasilatına imkan yaradacağı gözlənilir
Azərbaycanda daha bir BOKT ləğv olunur
Avqustun 7-də gözlənilən hava şəraiti
Hazırda bu layihəyə təxminən 420 işçi cəlb olunub, pik dövründə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir

























