SAP-ın təlimlərinə erkən endirimli qeydiyyat davam edir
“BMS Academy” SAP təlim planı 2019-u elan edir
“BMS Global” şirkəti 2019-cu təqvim ili üçün SAP-ın təlimlərinə start verir.
Erkən qeydiyyat keçən əməkdaşlar 40% endirim əldə edəcək. Erkən qeydiyyat 31.01.2019 tarixinədək davam edir.
Qeydiyyat e-mail vasitəsi ilə (adı, soyadı, əlaqə nömrəsi, təlimin kodu) məlumatlarını training@bmsgl.com ünvanına göndərməklə və ya (012) 480-10-27 telefon vasitəsi ilə mümkündür.
Həmçinin təlimlər haqqında ətraflı məlumat http://www.bmsgl.com/academy/list-of-courses/ və ya (012) 480-10-27 telefon vasitəsi ilə ala bilərsiniz.
BMS Global 2005-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Şirkət əsasən texnologiya üzrə konsultasiya xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb. BMS Global beynəlxalq şirkətlərin məhsullarının tətbiq edilməsində illərin təcrübəsindən irəli gələn ən effektiv və praktiki həlləri təklif edir və qısa müddət ərzində müştərilərin cari biznes proseslərini təhlil edir, şirkətlərinin gəlirliliyinin artırılması üçün yardım edən, biznesdəki üstün tərəflərini inkişaf etdirən, yenilik və inkişaf üçün yeni fürsətlər yaradan və rəqabətdə öndə qalmağa kömək edən konsaltinq xidmətləri təklif edir.
Biznes konsaltinq şirkəti kimi bir sıra dövlət müəssisələrində, Bank , Sənaye və İstehsalat, Satış və dağıtım sektorunda, Səhiyyə, Təhsil, Nəqliyyat,Telekomnikasya, bir sözlə özəl sektorun öndə gedən şirkətlərində uğurlu layihələr həyata keçirmişdir.
13 illik ERP tətbiqi təcrübəsinə malik olan şirkətin müştəriləri siyahısında qardaş Türkiyə dövlətinin bir neçə şirkətinidə görmək olar.
SAP ERP sistemi, Azərbaycan ERP bazarında 15 ildən artıqdır ki, mövcuddur. Sistem iri, orta və kiçik ölçülü şirkətlərdə qurulmuşdur. SAP ERP sistemi Azərbaycan tələblərinə və uçot standartlarına uyğunlaşdırılmışdır. Azərbaycanda mövcud 10 iri şirkətdən 7-də SAP ERP həlləri uğurla istismar olunur.
BMS Global şirkəti SAP-la bərabər sektorunda dünyanın liderləri olan Microsoft, Oracle, Opentext, Bimser, Suse, Redhat, HP, Symantec, Kaspersky kimi şirkətlərin Azərbaycanda rəsmi tərəfdaşıdır.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 d. əvvəl
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
-
31 d. əvvəl
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
- 38 d. əvvəl
- 47 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycan Çindən 4 yeni sərnişin qatarı alır – Bakıdan Xankəndi, Astara, Yalama və Mincivana qatarlar hərəkət edəcək
İrandan dünyanın ən böyük neft tankeri şirkətlərindən birinə xəbərdarlıq – 1 noyabrdan hüquqi tədbirlər görüləcək
Ən çox oxunanlar
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
Bakıda 14 günlük bal yarmarkası təşkil olunacaq, 123 tona qədər bal satışa çıxarılacaq – Ünvan və tarix açıqlandı
Ağdam Sənaye Parkında yeni şirkət - 11 milyon investisiya yatıracaq, yem istehsalı müəssisəsini yaradacaq
4,8 milyon manatlıq əmlak qalmaqalı - Tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb


























