Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

4,8 milyon manatlıq əmlak qalmaqalı - Tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
4,8 milyon manatlıq əmlak qalmaqalı - Tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Sabiq deputat Əsabil Qasımova məxsus olan “Azər-Tikinti” MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb.

Şirkətin Bakı şəhər Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manata yaxın qiymətləndirilən özəl mülkiyyəti özbaşına sökdüyü bildirilib. Bu səbəbdən Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanılmış işin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.

İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb.

Bildirilib ki, sökülən binanın zirzəmisində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində Bakıdakı səfirliklərin tədbirlər təşkil etdiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” yerləşib.

Əmlakın qiyməti 4 milyon 810 min manat dəyərləndirilib.

Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© “Qafqazinfo” 

Əsabil Qasımov sabiq deputat Əsabil Qasımov Azər-Tikinti Azər-Tikinti MTK Azər-Tikinti cinayət işi Naiq Məmmədhəsənov 4 milyon 810 min manat Bakıda əmlak mübahisəsi Azadlıq prospekti 40 Azadlıq prospekti 42 daşınmaz əmlak tikinti şirkəti qanunsuz söküntü iddiası əmlak hüquqları Cinayət Məcəlləsi 186.3 Cinayət Məcəlləsi 320.1 Cinayət Məcəlləsi 320.2 Tovuz Konyak Evi Mağara restoranı tikinti sektoru Bakı şəhər prokurorluğu.
27.10.2026 14:52
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19