Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən “Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” Visa kartının istifadəyə verilməsinin birinci ildönümünü xüsusi tədbirlə qeyd edib.
Bankın Baş ofisində təşkil olunan tədbirdə məhsullardan aktiv istifadə edən və müxtəlif meyarlar əsasında seçilmiş 10 uşaq valideynləri ilə birlikdə iştirak edib. İnteraktiv və əyləncəli formatda keçirilən görüşün əsas məqsədi uşaqların maliyyə biliklərinin inkişafına dəstək olmaq, onlarda pulun düzgün idarə edilməsi, qənaət və məsuliyyətli xərcləmə vərdişlərini təşviq etmək, eyni zamanda balaca müştərilərlə birbaşa ünsiyyət qurmaq olub.
Tədbir çərçivəsində uşaqlar üçün maliyyə savadlılığı, məntiqi düşünmə və yaddaşın inkişafına yönəlmiş müxtəlif maarifləndirici oyunlar və interaktiv tapşırıqlar təşkil edilib. Görüş zamanı “Rabita Junior” və “Kartmane Junior” Visa kartının funksionallığı, təqdim etdiyi imkanlar və gündəlik istifadəsi ilə bağlı interaktiv sual-cavab sessiyası da keçirilib. İştirakçıların gündəlik istifadə təcrübəsi, məhsulların üstünlükləri, eləcə də gözlənti və təklifləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara Rabitəbank və “Kids station” Əyləncə Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub, birinci ildönümü münasibətilə tort kəsilib. Maarifləndirici və əyləncəli anlarla yadda qalan görüş uşaqlar və valideynlər üçün xoş təəssüratlarla başa çatıb.
“Kartmane Junior” Visa kartı və “Rabita Junior” mobil tətbiqi haqqında
“Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” Visa kartı uşaqların maliyyə dünyasına ilk addımlarını daha maraqlı, təhlükəsiz və öyrədici etmək üçün yaradılıb. Bu innovativ həll uşaqlara pullarını idarə etməyi, qənaət etməyi və düzgün maliyyə qərarları verməyi oyunlar, interaktiv tapşırıqlar və mükafatlandırma sistemi vasitəsilə öyrədir. Valideynlər isə övladlarının xərclərini real vaxt rejimində izləyə, limitlər müəyyənləşdirə və onların maliyyə vərdişlərinin formalaşmasına yaxından dəstək ola bilirlər. Beləliklə, “Rabita Junior” və “Kartmane Junior” Visa kartının gündəlik bankçılığı uşaqlar üçün həm əyləncəli, həm də faydalı təcrübəyə çevirir.
“Kartmane Junior” Visa kartını “Rabita Mobile” tətbiqi üzərindən sifariş etmək mümkündür. Tətbiqi yükləmək üçün linkə https://onelink.to/qd8jcp keçid edə bilərsiniz.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 15 d. əvvəl
-
17 d. əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
- 22 d. əvvəl
-
39 d. əvvəl
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
-
41 d. əvvəl
Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
- 47 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Ən çox oxunanlar
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
Zərər ödənilərsə, barışıq olarsa məhkəmə humanistlik göstərə bilər - Barışdı, məhkəmə zalından azadlığa buraxıldı
"Müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu izah etmək üçün mənəvi haqqınız varmı?"
“Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir"























