Yol polisi texniki baxışla bağlı sürücülərə müraciət edib: "Qaydalar dəyişib"

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, yol qəzaları bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verir: “Artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmiş avtomobillərdən hər gün istər özümüz, istərsə də doğmalarımız, tanışlarımız istifadə edir. Odur ki, nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması, hər şeydən əvvəl daha çox özümüzə lazımdır. Elə həm də buna görədir ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından tələblərə uyğun olması “Yol hərəkəti haqqında” qanunda öz əksini tapıb. Həmin qanunun tələblərinə əsasən, yol hərəkətində istifadə olunan mexaniki nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışa təqdim olunmalıdır”.
R.Quliyev qeyd edib ki, texniki baxış zamanı təkcə avtomobilin texniki vəziyyəti yoxlanılmır, eyni zamanda onun mənsubiyyəti, qeydiyyat məlumatları dəqiqləşdirilir, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə tədbirləri həyata keçirilir: “Bütün bunlar isə vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. “Yol hərəkəti haqqında” qanuna müvafiq olaraq, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və s. ildə 1 dəfə, diqər minik və yük avtomobilləri isə istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə texniki baxışa təqdim edilməlidir”.
Baş DYP İdarəsi qeyd edir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsi məqsədilə “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib: "Bu dəyişikliklər ilk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar olduğundan daha da maraq doğurur. Belə ki, əvvəlki qaydalara görə mexaniki nəqliyyat vasitələrinə texniki baxış yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə keçirilirdisə, saz nəqliyyat vasitələrinə kağız daşıyıcıda texniki talon verilirdisə, artıq bu qaydalar ləğv edilib. Qanuna edilmiş dəyişikliyə əsasən nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçiriləcəyi günü müəyyən etmək üçün həmin avtomobillər yuxarıda qeyd etdiyimiz texniki baxışdan keçmə müddəti əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanmalıdır. Qanunvericilikdə edilmiş daha bir dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi inzibati məsuliyyətə səbəb olur: “Başqa sözlə desək, nəqliyyat vasitəsi verilmiş müddətin bitdiyi sonuncu gündən 20 gün ərzində texniki baxışa təqdim edilməlidir. Bu müddət bitdikdən sonra texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrlə aşkarlanır və onun istifadəçisi barədə avtomatik rejimdə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə bu xətanı aradan qaldırmaq üçün daha 20 gün imkan yaradılır”.
DYP rəsmisi qeyd edir ki, bu müddət başa çatanadək nəqliyyat vasitəsini hələ də texniki baxışa təqdim etməyən şəxs 20 gündən sonra yenidən inzibati məsuliyyətə cəlb edilir və bu proses ardıcıl davam edir: “Məlumat üçün bildirim ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs avtomobilini müəyyən edilmiş növbəti texniki baxışın keçiriləcəyi gündən əvvəl də Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzlərinə təqdim edə bilər. Lakin unutmaq lazım deyil ki, belə olduqda növbəti dəfə avtomobilinizin texniki baxışa təqdim olunma vaxtı dəyişiləcək və bu müddət avtomobilinizin sonuncu dəfə texniki baxışdan keçirildiyi gündən hesablanacaq”.
R.Quliyev onu da bildirib ki, qanuna edilmiş daha bir mühüm dəyişiklik texniki baxışdan keçmiş nəqliyyat vasitəsi barədə elektron talonun tərtib olunmasıdır: "Bu halda artıq nəqliyyat vasitələrinin ön şüşəsinə vurulan texniki baxış talonuna ehtiyac qalmır. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə tərtib edilən elektron talon, dərhal elektron qaydada “ASAN ödəniş” sisteminə göndərilir və həmin sistem texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.
Texniki baxışa təqdim edilən avtobuslarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərində nasazlıqlar aşkar edildikdə onun sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Yalnız, bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.
Digər avtomobilləri texniki baxışdan keçirildikdən sonra əvvəlcə bu barədə elektron talon tərtib olunur. Əgər texniki baxış zamanı nasazlıqlar aşkar edilibsə bu barədə avtomobil sahibinə bildiriş verməklə ona nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin minik avtomobili növbəti texniki baxışa təqdim edilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, bu dəfə nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur”.
Şöbə rəisi qeyd edib ki nəqliyyat vasitələrinin texniki baxışa təqdim edilməsi qaydalarına edilmiş mühüm əlavə və dəyişikliklərdən biri də inzibati cərimələrin ödənilməsi ilə bağlıdır: "Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs yalnız barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 saat sonra
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
-
11 saat əvvəl
Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq - QALİB ŞİRKƏT
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
13 saat əvvəl
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub
-
14 saat əvvəl
İndi xarici bank kartı ilə edilən ödənişləri kartın öz valyutasında qəbul edin
-
14 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
14 saat əvvəl
"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir

Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq - QALİB ŞİRKƏT

"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

4 startap 50 min manatlıq mükafat fonduna layiq görülüb
Ən çox oxunanlar

Ağdam Sənaye Parkında 900-dən artıq daimi iş yeri yaradılıb

Dövlət 2 bankda 370 milyon manat depozit yerləşdirdi

Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir

Yanan boya zavodu hansı şirkətə məxsusdur?

Boya istehsalı zavodundakı yanğın tam söndürülüb

Bankda növbədənkənar ümumi yığıncaq keçiriləcək
