Samir Şərifovun müdafiəsi başladı - "Devalvasiyadan söhbət gedə bilməz"
"Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz. Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.
O, ölkədə növbəti devalvasiyanın olacağı ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib ki, manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur: "Əsas məqdəsimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılmasını stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12%, ümumi ixrac isə 37% artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir.
HƏMÇİNİN OXU: "Azərbaycanın çox güclü manata ehtiyacı yoxdur"
HƏMÇİNİN OXU: Nazir: "Manatın möhkəmlənməsi daxili istehsalçılara mənfi təsir göstərir"
Bundan başqa, xarici ticarət dövriyyəsində müsbət saldo Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olub. Maliyyə naziri Samir Şərifov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsi idxalın artmasına səbəb olur. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. O bildirib ki, aparılan siyasətin prioritet istiqaməti məhz makroiqtisadi balansın qorunub-saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. Nazirin bu fikri yanlış mülahizələrə yol açıb, düzgün təhlil edilməyib.
HƏMÇİNİN OXU: Maliyyə nazirinin xof yaradan "Manat" açıqlamasına şərh verildi -"YOZMAQ TƏXRİBATDIR"
HƏMÇİNİ OXU: “Onların məni təxribatçı adlandırımağını başa düşə bilmirəm” - MALİYYƏ NAZİRLİYİNƏ CAVAB
Samir Şərifovun bu fikirləri qlobal iqtisadiyyata, Azərbaycanda və dünyada gedən iqtisadi proseslərə və təcrübələrə söykənir. Yəni əslində fikir ondan ibarətdir ki, manatın məzənnəsi daha da möhkəmlənir və məzənnəsinin möhkəmləndiyi ərəfədə ixracın stimullaşdırılmasıdır. Burada söhbət manatın məzənnəsinin enməsindən getmir. Bəzi ekspertlər və deputat Vahid Əhmədovun təhlili yanlışdır, süni maliyyə gərginliyi yaratmağa hesablanıb.
Milli Məclis 2019-cu ilin dövlət büdcəsi qəbul edilib. Büdcədə bununla bağlı risklər nəzərə alınıb”.
O, dövlət büdcəsinin sosialyönümlü olduğunu vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
7 d. əvvəl
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
-
35 d. əvvəl
Dövlətin verdiyi avadanlıqları satdı – İş Ali Məhkəməyə qədər gedib çıxdı
- 49 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır
-
1 saat əvvəl
Azərbaycanın da üzv olduğu investisiya fonduna yeni prezident seçilib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Nvidia-nın yeni rəhbəri kimdir? – 13 ildir şirkətdə çalışan qadın dünyanın ən böyük çip istehsalçısına rəhbərlik edəcək
Nvidia-da casusluq qalmaqalı böyüyür – Censen Huanq istefa verdi
Əliyevlə Paşinyanın görüşü keçirilib






















