Mənfəəti 52 faizə yaxın artan şirkət yeni istiqrazlar buraxmağa hazırlaşır
“BQ” ASC 1 milyon 360 min manatlıq istiqraz buraxmağı planlaşdırırLombard fəaliyyəti ilə məşğul olan “BQ” ASC ümumi nominal dəyəri 1 milyon 360 min manat olan istiqrazlar buraxmağı planlaşdırır. İlk iki buraxılış üzrə illik kupon dərəcəsi 15 faiz, istiqrazların tədavül müddəti isə 7 il nəzərdə tutulub.
Marja.az şirkətin baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 13 min 600 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazı əhatə edir.
Faizlər hər 30 gündən bir ödəniləcək. İlk iki buraxılış üzrə hər istiqraza bir kupon ödənişində 1 manat 25 qəpik düşəcək. İstiqrazın nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə qaytarılacaq. Tədavül müddəti ərzində emitent və investor qarşılıqlı razılıq əsasında istiqrazın geri alınması barədə razılaşa bilərlər.
İlkin yerləşdirmənin Bakı Fond Birjasında birqiymətli hərracla aparılması nəzərdə tutulur. Hərracın tarixini emitent müəyyən edəcək və ən azı iki iş günü əvvəl birjanın və şirkətin saytlarında açıqlayacaq. Emissiyanın anderrayteri “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Şirkət emissiyadan cəlb edəcəyi vəsaiti dövriyyə vəsaitlərinin artırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və kredit portfelinin genişləndirilməsinə yönəltməyi planlaşdırır.
“BQ” ASC-nin xalis mənfəəti 52 faizə yaxın artıb
Prospektdə yer alan audit edilmiş göstəricilərə əsasən, “BQ” ASC 2025-ci ili 521 min 771 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 178 min 444 manat və ya 52 faizə yaxın artım deməkdir.
2025-ci ilin sonunda şirkətin aktivləri 37 faiz artaraq 6 milyon 887 min 662 manata, kredit portfeli isə 29,7 faiz artaraq 5 milyon 846 min 524 manata çatıb. Eyni dövrdə 30 gündən çox gecikmiş kreditlərin portfeldə payı 8,5 faizdən 5,2 faizə enib.
Şirkətin öhdəlikləri 27,5 faiz artaraq 6 milyon 203 min 767 manata yüksəlib. Kapital isə 162 min 124 manatdan 683 min 895 manata çatıb. Prospektdə kredit portfelinin keyfiyyətinin pisləşməsi və likvidlik çətinlikləri istiqraz ödənişlərinə təsir edə biləcək risklər sırasında göstərilib.
“BQ” ASC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət daşınar əşyaların girovu müqabilində qısamüddətli lombard kreditləri verir. Nizamnamə kapitalının 100 faizi Fərman Quliyevə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
4 d. əvvəl
Azərbaycanın da üzv olduğu investisiya fonduna yeni prezident seçilib
-
11 d. əvvəl
Mənfəəti 52 faizə yaxın artan şirkət yeni istiqrazlar buraxmağa hazırlaşır
- 14 d. əvvəl
- 21 d. əvvəl
-
53 d. əvvəl
Nvidia-da casusluq qalmaqalı böyüyür – Censen Huanq istefa verdi
- 11 saat əvvəl
-
15 saat əvvəl
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
-
15 saat əvvəl
Noyabrın 13-dən 2 marşrut xəttinə yeni avtobuslar buraxılacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Nvidia-nın yeni rəhbəri kimdir? – 13 ildir şirkətdə çalışan qadın dünyanın ən böyük çip istehsalçısına rəhbərlik edəcək
Nvidia-da casusluq qalmaqalı böyüyür – Censen Huanq istefa verdi
Ən çox oxunanlar
Əliyevlə Paşinyanın görüşü keçirilib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Noyabrın 13-dən 2 marşrut xəttinə yeni avtobuslar buraxılacaq
“Sizin Lombard”dan mövsümə özəl “75/25 Payız fürsəti” davam edir ®
Tramp: “İranla razılaşmaya ehtiyacımız yoxdur”
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb






















