Yerli startaplar üçün mühüm - MEMORANDUM
“Baku Business Factory” (BBF) və Böyük Britaniyanın “TransTech Capital” LLP şirkətləri arasında anlaşma memorandumu imzalanıb.
Tədbirdə BBF-in direktoru Əlövsət Müslümov, İdarə Heyətinin üzvü Anar Əskərov, "TransTech Capital" şirkətinin əsas tərəfdaşı Simon Robeson və vençur tərəfdaşı Mahmut N.Sinoplu, Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, səfirliyin nümayəndələri, həmçinin BBF-in dəstək göstərdiyi layihələrin nümayəndələri iştirak ediblər.
İmzalanma mərasiminin açılışında Ə. Müslümov bildirib ki, hazırda Azərbaycanda gənclərin biznesə olan marağı sürətlə artmaqdadır: "Buna səbəb həm ölkədəki artan iqtisadi dinamika, həm də startapları dəstəkləyən dövlət və özəl təşkilatların çoxalmasıdır. Artıq uzun müddətdir ki, Azərbaycanda gənclərin innovativ bizneslərə yönəlməsi üçün xeyli işlər görülür".
O qeyd edib ki, BBF müxtəlif sektorlara aid biznes ideyaları olan gəncləri dəstəkləyən, onları bir yerə toplayan sosial missiyalı biznes inkubasiya mərkəzidir: "Bizim əsas işimiz biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi-texniki bazanı sistemli şəkildə təmin etməkdir. Biz bu yolla dövlətimiz tərəfindən ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafına dəstək verməklə ölkə iqtisadiyyatının daha da gücləndirilməsi yönündə aparılan bir çox uğurlu proqramları özəl sektor olaraq dəstəkləməyə çalışırıq".
Ə.Müslümov qeyd edib ki, hazırda BBF üçün ən prioritet məsələlərdən biri beynəlxalq əlaqələri gücləndirməklə mərkəzdəki startapların beynəlxalq bazara çıxmasına dəstək tapmaq və beynəlxalq zəmində təcrübə bölgüsü aparmaqdır: "Bu məqsədlə bir çox xarici dövlət və şirkət nümayəndəlikləri ilə görüşlər keçirmişik və bu gün çox şadıq ki, "TransTech Capital" ilə anlaşma memorandumu imzalayırıq. Razılaşmamızın əsas predmetləri olan təlim proqramları, mentorluq xidmətləri, gələcək biznes təkliflərinin paylaşılması, maliyyələşdirmə, potensial birgə sərmayə qoyuluşları, texnoloji dəstək və digər əməkdaşlıq imkanları yalnız startapların deyil, BBF olaraq bizim də inkişafımız və beynəlxalq təcrübədən yararlanmağımız üçün ciddi amillərdir".
Simon Robeson açılış mərasimində bildirib ki, “TransTech Capital” elm və mühəndislik sahəsindəki innovasiyalara sərmayə qoyan təşkilatdır: "Britaniyada biz müəyyən inkişaf səviyyəsinə çatmış startap və bizneslərə sərmayə yatırırıq. Biz 1983-cü ildən bu işlə məşğuluq".
O qeyd edib ki, Anlaşma Memorandumunu imzalamaqla, “TransTech Capital” və BBF Azərbaycandakı innovativ şirkətlərə müvafiq bilik və şəbəkədən istifadə etmək imkanı yaratma və bu sahədə bir-birinə dəstək vermə arzularını və öhdəliklərini ifadə edirlər: "TransTech Capital” və "Baku Business Factory"nin bilik və səylərinin birləşməsi eyni hədəfə vurmaq üçün lazım olan əsas vasitələri təmin etmək imkanına malikdir".
O, tərəfdaşlığın qurulmasında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyini qeyd edib: "Biz onlara bu dəstəyə görə, minnətdarlıq edirik. Eyni zamanda, biz Britaniya baş nazirinin ticarət elçisi baronessa Emma Nikolsona öz sıx iş qrafikində vaxt ayırıb bu təşəbbüsə dəstək verdiyinə görə də öz təşəkkürümüzü bildiririk".
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə çıxışında Azərbaycanın uğurla inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya geniş əməkdaşlıq əlaqələrinə malikdirlər və iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə davam edir. Baronessa Emma Nikolson çıxışında qeyd edib ki, "Baku Buziness Factory" yeni ideyaların doğulduğu məkandır və burada gənclərin startapları ikişaf etdirilir. Onun sözlərinə görə, “TransTech Capital” və "Baku Buziness Factory" arasında memorandumun imzalanması iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Bu gün imzalanan sənəd çərçivəsində BBF və “TransTech Capital” ölkənin elmi və mühəndislik potensialından maksimum faydalanmanın təmin edilməsi məqsədilə Azərbaycana davamlı dəstək verilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Tərəfdaş şirkətlərin əməkdaşlığı çərçivəsində IT təlim proqramları, fərdi təlimlər, gələcək biznes təkliflərinin paylaşılması, maliyyələşdirmə, birgə sərmayə qoyuluşları və digər işlər həyata keçiriləcək.
Qeyd edək ki, “Baku Business Factory” 2015-ci ilin mayında Anar Əlizadə tərəfindən təsis olunub. Şirkətin əsas məqsədi biznes ideyalarına malik gənclərin biznes düşüncələrinin inkişaf etdirilməsi missiyası çərçivəsində gənclərin biznes təşəbbüslərini dəstəkləmək və Azərbaycanda biznes bacarıqlarının inkişafına yardım etmək məqsədilə onlar üçün maliyyə bazası yaratmaqdan ibarətdir. Belə ki, yeni ideyalara sahib olan gənclər və iş adamları müxtəlif biznes sahələrinə aid ideyalarını və start-up bizneslərini BBF-də həyata keçirə bilərlər. Onlara BBF-ə aid olan və zəruri kommunikasiya vasitələri ilə təmin olunmuş ofislə yanaşı, mentor və maliyyə dəstəyi, müxtəlif təlim proqramları da təqdim edilir. BBF innovativ elmi biliklərə əsaslanan və intellektual mülkiyyət yaradılmasını nəzərdə tutan ideya və layihələrə malik gənclərə yardım etmək məqsədilə bu yaxınlarda texnologiya bölməsi yaratmaq qərarına gəlib.
“TransTech” isə Birləşmiş Krallıq və Avropanın bir sıra aparıcı texniki tədqiqat institutları və mühəndislik təmayülünə malik təhsil müəssisələri ilə əməkdaşlıq edən elm və mühəndislik innovasiyaları sahəsində ixtisaslaşmış şirkətdir. O, 1983-cü ildən etibarən universitetlərdən başlayaraq elm və mühəndislik mərkəzli texnologiyalara sərmayə qoyan, mükafatlara layiq görülmüş MTI Partners-in üzvüdür və şirkətin heyətində zəngin təcrübəyə və problemləri həll etmək bacarığına malik texnologiya üzrə ixtisaslaşmış təcrübəli rəhbərlər daxildir. Şirkət texnologiyaların aydın və hamı tərəfindən qəbul edilən kommersiyalaşdırma prosedurları sahəsində yüksək təcrübəyə malikdir və şəbəkə, elm və mühəndislik innovasiyaları, eləcə də onların kommersiyalaşdırılması üzrə bilik və təcrübəsinin Azərbaycandakı akademik institutlara və sektorun digər aparıcı iştirakçılarına ötürülməsini özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
15 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
46 d. əvvəl
ABŞ-da inflyasiya səngimədi – Fed-in faiz artırması ehtimalı 90%-ə çatdı
-
55 d. əvvəl
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızıl 3-cü həftədir ucuzlaşır – FED gözləntiləri təzyiqi artırır
-
2 saat əvvəl
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
-
2 saat əvvəl
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
-
2 saat əvvəl
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Xankəndidə 3 avtobus marşrutu “BakuBus”a verildi
Neft Fondu Çində iri investorlarla danışıqlar aparıb
Qızıl 3-cü həftədir ucuzlaşır – FED gözləntiləri təzyiqi artırır
Ən çox oxunanlar
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Bank Respublika AccessBank-ı alır
Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
Bakıda beynəlxalq logistika üzrə master-klass keçirilib
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb

























