“PMD Projects” yerli şirkətlər üçün “Satınalmalar Seminarı” təşkil etdi
26 noyabr tarixində Boulevard Hotel-də “PMD Projects” MMC-nin təşkilatçılığı ilə 100-dən çox yerli şirkətin iştirak etdiyi “Satınalmalar Seminarı” keçirilmişdir.
“PMD Projects” MMC daxili bazarda fəaliyyət göstərən səriştəli şirkətlərlə əməkdaşlığını gücləndirmək, həyata keçirdiyi tikinti, təmir-bərpa işləri üzrə layihələrə yeni şirkətləri cəlb etmək və ümumiyyətlə, “PMD Projects” MMC haqqında, onunla əməkdaşlığın yolları, mövcud satınalma qaydaları barədə ətraflı məlumat vermək məqsədilə artıq ikinci dəfədir ki, bu seminarı təşkil edir.
Tədbiri giriş sözü ilə “PMD Projects” MMC-nin direktoru Dəyanət Sədullayev açaraq şirkətin fəaliyyəti, həyata keçirilən işlər, sözügedən seminarın məqsədi barədə məlumat verdi. Bildirildi ki, mövcud və gələcək layihələrin icrası prosesində uyğun səriştəsi olan istənilən yerli şirkət “PMD Projects” MMC tərəfindən tam şəffaf şəraitdə təşkil olunan satınalmalarda iştirak etməyə dəvətlidir.
Daha sonra “PMD Projects” MMC-nin Təchizat üzrə direktor Tural Vəzirov geniş təqdimatla çıxış edərək şirkət tərəfindən ötən dövrdə icra olunmuş, hal-hazırda icrası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan layihələr, eləcə də şirkətin satınalma qaydaları, tender prosesləri haqqında geniş məlumat verdi. Təqdimat bitdikdən sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.
Tədbirin sonunda isə “PAŞA Bank”-ın nümayəndələri tərəfindən korporativ müştərilər üçün nəzərdə tutulan korporativ kreditləşmə, faktorinq xidmətləri və bank zəmanətləri kimi bank məhsullarına dair ətraflı məlumatlar tədbir iştirakçılarına təqdim olundu.
Ümumiyyətlə qeyd edək ki, hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi ilə əlaqədar yerli bazarın ixtisaslı şirkətləri “PMD Projects” MMC-nin satınalmalar departamentinin e-mail ünvanına (procurement@pmdprojects.az) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər. Həmçinin, şirkətə dair daha ətraflı məlumatı www.pmdprojects.az internet səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
9 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
-
10 saat əvvəl
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda 15 faiz gəlirli istiqrazlar tam satıldı – 51 investor iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Ən çox oxunanlar
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
























