Sığorta agentləri ilə bağlı – CİDDİ YENİLİKLƏR OLACAQ
Azərbaycanda sığorta agentlərini və ümumilikdə sığorta vasitəçiliyi sahəsini ciddi yeniliklər gözləyir. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.
Qeyd edək ki, sığorta agenti işindəki problemlər və onların həlli yolları gələn ilini əvvəlində ASA-nın keçirməyi planlaşdırdığı Sığorta Vasitəçiləri Forumunda müzakirə ediləcək.
ASA rəhbərinin sözlərinə görə, hazırda ölkədə sığorta agentliyi sahəsində ciddi problemlər var, bunlardan birincisi onların əksəriyyətinin qeydiyyatsız fəaliyyət göstərməsidir.
Qeyd edək ki, hazırda sığorta fəaliyyəti üçün sertifikat tələb olunur, amma əksər hallarda, xüsusilə bölgələrdə sığorta məhsulları belə sertifikatı olmayan, və sığorta agentlərinin subagenti kimi fəaliyyət göstərən şəxslər tərəfindən satılır. Bu hal, hazırki qanunvericiliyə əsasən, qanunsuz sayılır. Bununla yanaşı, bölgələrdə sığorta agentləri az olduğuna görə, sığorta satışlarının da əsas hissəsi belə subagentlər tərəfindən həyata keçirilir.
ASA rəhbəri bildirir ki, indiki vəziyyətdə həmin subagentlərin ləğvindən çox onların qanuni çərçivəyə salınması daha real görünür: "Biz də müzakirə etmişidik ki, bəlkə bunları rəsmiləşdirək, amma dünyada belə praktika yoxdur. Məncə hələlik ən uyğun çıxış yolu, belə şəxslərin agent şirkətlərinin işçisi kimi işləməsi ola bilər. Onsuz da indi belə işləyirlər, amma qeyri-rəsmi formada".
M.Abbasbəyli bildirir ki, sığorta agentlərinin inkişaf etdirilməsi bu sahənin prestijini də qaldıracaq: "Baxın, indi sığortanı adi mağazadan, servisdən, hətta qəssab dükanından almaq olar, bu normal deyil. Sığorta işçiləri daha savadlı olmalı və müştəriləri məlumatlandırmalıdırlar".
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 20 saat sonra
- 4 saat sonra
- 48 d. əvvəl
-
50 d. əvvəl
Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkəti tikinti layihələri üçün 130 milyon manatlıq istiqraz buraxır
-
2 saat əvvəl
Amazon-un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bakı–Tbilisi biletləri daha erkən satışa çıxarılacaq
Amazon-un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda Subway restoranı açılır
Rəsmi məzənnələr açıqlandı
Orxan Nəzərli: Vergi dərəcələrini artırmaqda maraqlı deyilik
Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir














.png)










