Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Naxçıvanın bank sektorunda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanın bank sektorunda son vəziyyət

 

Banklar və kredit təşkilatları tərəfindən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 1 oktyabr 2018-ci il tarixə 106 milyon 297 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 982 min manat artmışdır.

 

"Marja" Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin məlumatına istinadən xəbər verir ki, kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilmişdir. Bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranması baxımından əhəmiyyətli olmuşdur. 


Bank və kredit təşkilatları tərəfindən bu ilin 9 ayında 39 milyon 431 min manat kredit verilmişdir ki, bunun da 4 milyon 229 min manatı qısamüddətli, 35 milyon 202 min manatı isə uzunmüddətli kreditdir. Verilmiş kreditlərin 4 milyon 530 min manatı kənd təsərrüfatı, 5 milyon 172 min manatı sənaye, 670 min manatı tikinti, 1 milyon 830 min manatı kommersiya, 521 min manatı nəqliyyat, rabitə və informasiya, 15 min manatı balıqyetişdirmə sahəsinə, 2 milyon 970 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 23 milyon 723 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir. Bundan başqa, kredit təşkilatları tərəfindən 128 fiziki və hüquqi şəxsə 3 milyon 115 min 600 manat dəyərində kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilmişdir.

 

Yanvar-sentyabr aylarında banklara 34 milyon 548 min manat kredit borcu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu vəsaitlərindən isə 2 milyon 961 min manat vaxtı keçmiş kredit borcları qaytarılmışdır. Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmiş, 2 min 299 hüquqi, 76 min 633 fiziki şəxs olmaqla, 78 min 932 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 69 min 309-u işlək hesab olmuşdur ki, onların 1539-u hüquqi, 67 min 770-i fiziki şəxsdir. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 86 hüquqi, 13 min 486 fiziki şəxs olmaqla, 13 min 572 müştəriyə yeni bank hesabı açılmışdır. 


Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq və Mərkəzi Bankın ehtiyat fondundan dövriyyəyə buraxılan nağd pul kütləsinin artım tempinin aşağı salınması istiqamətində də işlər davam etdirilmişdir. Ötən dövrdə bankların kassa mədaxili 373 milyon 852 min manat, kassa məxarici isə 526 milyon 805 min manat olmuşdur. Muxtar respublika üzrə bankların kassa məxaricinin kassa mədaxilində xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz azalmış, emissiya 29 faiz olmuşdur. Həmçinin bu dövrdə Mərkəzi Bankın ehtiyat fondundan 239 milyon 212 min manat nağd pul dövriyyəyə buraxılmışdır.
 

Ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması işi davam etdirilmiş və mövcud POS-terminalların sayı 1270-ə çatdırılmışdır. Görülən işlərin nəticəsidir ki, POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 210 min manat artaraq 26 milyon 325 min manat olmuşdur. 


Vətəndaşlara müasir bank xidmətinin göstərilməsi məqsədilə muxtar respublikada 5 yeni bankomat quraşdırılmış, 55-i Naxçıvan şəhərində, 54-ü isə rayon və kənd mərkəzlərində olmaqla, bankomatların sayı 109-a, ödəniş terminallarının sayı isə 23-ə çatdırılmışdır.

 

Ödəniş terminallarında smarttipli kartların xidmət haqlarının ödənilməsi funksiyası aktiv edilmişdir. Muxtar respublikada ödəniş kartlarının sayında da artım müşahidə edilmişdir. Belə ki, muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 257 min 409 idisə, hazırda elektron ödəniş kartı alanların sayı 269 min 304-ə çatmışdır. Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq büdcə və büdcədənkənar xərclərin ödənilməsi də hüquqi şəxslərə verilən korporativ kartlar vasitəsilə həyata keçirilir. 


Muxtar respublikada fəaliyyət göstərən 17 bank qurumunun hamısında təcili pul köçürmələri sistemi fəaliyyət göstərir. 2018-ci ilin yanvar-sentyabr aylarında təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının adına 4 milyon 865 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir.

 

2018-ci il oktyabrın 1-nə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 655 min manat olmuşdur ki, bunun da 5 milyon 172 min manatını milli valyutada, 1 milyon 483 min manatını isə xarici valyutada olan əmanətlər təşkil edir. Banklara qoyulan əmanətlərin həcmini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə manatla olan əmanətlərin həcmində 643 min manat artım, xarici valyuta ilə olan əmanətlərdə isə 1 milyon 7 min manat azalma müşahidə edilməkdədir.  

22.10.2018 06:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ