Dövlət hər litr üçün 7 qəpik ödəyəcək
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib. Dövlət süd istehsalını artırmaq üçün yeni maliyyə dəstəyi tətbiq edəcək. Fermerlərə yeni subsidiya: Hər ton süd üçün 70 manat ödəniləcəkKənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə ölkənin müxtəlif regionlarından olan süd istehsalçıları, emal müəssisələrinin nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər.
Görüşdə süd istehsalı və emalı sahəsində mövcud vəziyyət, istehsalçıların bazara çıxış imkanları, yerli xammalın emal müəssisələrinə tədarükü, məhsulun keyfiyyət göstəriciləri və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İştirakçılar öz təcrübə və təkliflərini bölüşüb, fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri diqqətə çatdırıblar. Emal müəssisələrinin nümayəndələri xammalın keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasının vacibliyini vurğulayıblar.
Nazir müavini Seymur Səfərli bildirib ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə subsidiya mexanizmlərində və şərtlərində dəyişikliklər təsdiq edilib. Ölkədə süd istehsalının artırılması, emal müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və sahədə uçot sisteminin təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq.
Qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçmiş süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə görə 7 qəpik, hər tonuna görə isə 70 manat subsidiya ödəniləcək. Kooperativlər vasitəsilə təhvil verilən südə görə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də müvafiq bəyanların təqdim edilməsi, heyvanların identifikasiyası, sığortalanması, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərtlərinə əsaslanacaq.
Sonda nazir müavini müzakirələr zamanı səsləndirilən təkliflərin və qaldırılan məsələlərin hərtərəfli araşdırılması, eləcə də müvafiq istiqamətlər üzrə təhlillərin aparılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.
Görüşdə həmçinin süd istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin, yerli süd məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsinin və sahənin mövcud potensialından səmərəli istifadənin vacibliyi vurğulanıb.
Müştərilərin xəbərləri
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Azercell-in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
17 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 8 d. əvvəl
- 33 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanda əhalinin alış-veriş xərcləri açıqlandı – Hər nəfərə ayda 560 manat
- 38 d. əvvəl
-
40 d. əvvəl
Çin şirkətinin Nvidia-nın qadağan olunmuş süni intellekt çiplərini əldə etdiyi iddia olunur
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Dövlət hər litr üçün 7 qəpik ödəyəcək
“SABAH.city”də yeni supermarket — Noyabrın 19-da açılır
Çin şirkətinin Nvidia-nın qadağan olunmuş süni intellekt çiplərini əldə etdiyi iddia olunur
Ən çox oxunanlar
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Kristal" və “Geberit” arasında əməkdaşlıq memorandumu imzalandı
Azercell-in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! ®
Azərbaycanda vergi borcları 2,5 milyard dollara çatıb
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®

















